05
Haziran
2020
15:31
88
36
12

Çingiz Əhmədov canlı efirdə çalışdığı teatrın rəhbərinə “müharibə” elan etdi, səsini kəsdilər - VİDEO

Çingiz Əhmədov canlı efirdə çalışdığı teatrın rəhbərinə “müharibə” elan etdi, səsini kəsdilər - VİDEOƏməkdar artist Çingiz Əhmədov çalışdığı Akademik Musiqili Teatrda baş verən qalmaqallı olayın pərdəarxası məqamlarını “ellə bir edib”.

Atamedia.az xəbər verir ki, sənətkar “ATV” telekanalında yayımlanan “Şou ATV” səhər proqramında Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevə qarşı sərt ittihamlar səsləndirib.

Ç.Əhmədov teatr rəhbərinin onun və bir neçə aktyorun haqqını tapdaladığını bildirib:

“Böyük sənətkarlarla bir səhnəyə çıxmışam. İndi o qiymətimi ala bilmirəm. Dövlətimiz mənə qiymət verir, teatr rəhbərliyi isə vermir. Kimin bostanına daş atmışam, bilmirəm. Heç vaxt media ilə gündəmə gəlməmişəm, ağlamamışam. Bu gün o Çingiz deyiləm. Prezidentimiz teatrımıza akademik statusu verdi. Bunun sayəsində maaşlarımız artdı. Teatrın müdiri Əliqismət Lalayev mənim haqqımı vermir. Niyə Nahidə Orucovanın, Ələkbər Əliyevin, Əzizağa Orucovun haqqını yeyir? Artıq teatrın rəhbərinə müharibə elan edirəm”.

Teatrda baş verən özbaşınalıqlardan söhbət açan Əməkdar artist çıxışına davam etsə də, canlı efirdə mikrofonu rejissor tərəfindən söndürülüb.

Proqramın aparıcısı Nanə Ağamalıyeva isə “Anonsumuz var, qısa aradan sonra qayıdacağıq” - deyib.

Anons efirə getdikdən sonra söz Ç.Əhmədovun əvəzinə verilişdə qonaq olan müğənni Səidə Dadaşovaya verilib. Beləcə, “Şou ATV” proqramı qalmaqallı olayı ört-basdır edib.

Məsələ ilə bağlı Atamedia.az-ın əməkdaşı Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə əlaqə saxlasa da, qarşı tərəf zənglərə cavab verməyib.

Mövzunu diqqətdə saxlayırıq.

Digər Dünya xəbərləri