08
May
2020
14:30
88
36
71

Rayonlara qanunsuz yollarla necə getmək olur? — GİZLİ ÇƏKİLİŞ

Rayonlara qanunsuz yollarla necə getmək olur? — GİZLİ ÇƏKİLİŞBura el arasında “3-cü mikrorayon” dairəsidir.

Aldığımız informasiyaya görə, taksi sürücüləri karantin rejiminin qaydalarını pozaraq Bakı şəhər qeydiyyatında olan şəxsləri asanlıqla rayona, oradan isə geri gətirə bilirlər.

Bu informasiyanın nə dərəcədə doğru olub-olmadığını araşdırmaq üçün APA TV əməkdaşı operatoru Əlini burada qoyub gizli şəkildə yaxınlaşır burada dayanan taksi sürücülərinin yanına.

Bir qədər əvvəl Cəlilabad, İmişli və Biləsuvar deyə müştəri çağıran taksi sürücüləri məni sərnişin zənn edib, ətrafımda dövrə vurdular. Kimi dedi Cəlilabada adam sayına 20 manat verin aparaq, kimisi də dedi ki, bu məsələ sizin rayon və ya Bakı qeydiyyatınızın olmasından asılıdır. Əgər rayon qeydiyyatındasınızsa, o zaman sizi aparmaq asandır. Yox işdi-şayəd, sizin qeydiyyatınız Bakı şəhərinədirsə, o zaman 20 manat qalxıb olur 30 manat:
- Siz gedib qayıtmaq istəyirsiz?

- Bəli.

- O zaman mən sizi 160 manata aparıb gətirirəm.

- Bəs Postdan necə keçirəcəksən?

- O mənlikdir. Mən özüm keçirəcəm.

- Bəs birdən cərimə eləsələr, o 100 manat cəriməni kim ödəyəcək?

- Cərimə olsa, mənlikdir.

Bakıdan Cəlilabada gedib qayıtmağa 160 manata sövdələşmişdik ki, kənardan başqa bir sürücü həmin yolu 120 manata təklif etdi. Təbii “sərnişin-müştəri” rolunda olduğumdan, bu təklifi göydən düşmə kimi qəbul edib bu məbləğə razılaşdım:

- Mən sizi aparıb gətirməyə 120 manat alaram. Gedirsən, gedək.

- Ay dayı, siz məni postdan necə keçirəcəksiz bəs?

- O mənlikdir. Gedirsən, ya yox?

- Qoy fikirləşim.

Bir qədər tərəddüd etdiyimi görən sürücü məni əmin etmək üçün telefonla bir nəfər şəxslə də əlaqə saxladı:

- Alo, salam, müəllim. 3 nəfər adam gətirirəm. Oradan keçirə bilərsən?

- Gətir.

- Xanım, 3 nəfərsiz?

- Bəli.

- Müəllim, dəqiq keçirə biləcəksən? Deyin, özü də burdadır, eşitsin.

- Bəli, xanım, deyir gətir, keçirəcək”.

Sürücüyə bir söz demədən operatorumuza yaxınlaşıb bu dəfə jurnalist kimi sürücülərə yaxınlaşdıq. Mikrofonu görən taksi sürücüləri sözün həqiqi mənasında pərən-pərən düşdülər. Hərəsi bir tərəfə üz tutdu:

- Dayı, siz məni necə aparıb gətirəcəkdiniz Cəlilabada?

- Mən sənədi olan adamları aparıram.

- Mən dedim ki, sənədim yoxdur.

- Dediniz, rayon qeydiyyatısınız. Gedəcəkdik ora, ordan da icra başçısından sənəd alıb gələcəkdiniz Bakıya.

- İcra başçısı necə icazə verəcəkdi mənə?

- Hə, onu mən bilmirəm. Jurnalistsiz də, siz kecərdiz.

- Bəs kiməsə zəng elədiniz ki, keçirə bilərəm sizi.

- Mən heç kimə zəng eləməmişəm.

Atalar yaxşı deyib: görünən dağa nə bələdçi. Bir neçə dəqiqə əvvəl ətrafım taksi sürücüləri ilə əhatələnmişdisə, indi jurnalist olduğumu bilib, onların heç biri məni Cəlilabada aparmaq istəmir. Səbəb isə təbii ki, qeyri-qanuni fəaliyyət göstərmələridir.

Taksi sürücüləri ilə sağollaşıb, bu dəfə yolumuzu metronun “20 Yanvar” stansiyasının yanında fəaliyyət göstərən, el arasında “rayon taksiləri”nin fəaliyyət göstərdiyi məkandan saldıq. Burada da analoji vəziyyət idi:

- Biləsuvara getmək lazımdır. Neçəyə apararsan?

- 50 manat ver, aparım.

- Bəs postdan necə keçəcəksən?

- Polisə 10 manat verəcəm, keçəcəm.

- Dörd nəfərin pulunu məndən nə qədər alacaqsan?

- 120 manat ver, aparım. Bir nəfərim var, 20 manat o verir, 100 manat da sən ver, aparım.

- Bəs postdan necə keçəçəksən?

- Sənin nə işinə lazımdır? Mən özüm keçəcəyəm.

Bu dəfə sürücü ilə razılaşıb əyləşdim maşına. Elə maşın hərəkət etmək istəyirdi ki, sürücüdən fikrimi dəyişdiyimi, əslində jurnalist olaraq araşdırma apardığımı bildirdim: “Getmirəm sizinlə. Çünki jurnalistəm çəkiliş aparıram. Hörmətli tamaşaçılar, gördüyünüz kimi, sürücü ilə 100 manata Masallı şəhərinə getməyimizlə bağlı razılığa gəldik. Sürücü bizi postdan asanlıqla keçirəcəyinə söz verdi. Amma necə keçirəcəyini izah etmədi”.

Qarşılaşdığı vəziyyətdən heç də xoşlanmayan sürücü ardımızca gələrək bizi təhdid etməkdən də çəkinmədi:

- Quldurfason gəlib oturmusunuz maşınıma.

- Mən sizlə razılaşdım ki, 100 manata aparacaqsınız rayona. Niyə quldur oluruq ki?

Digər Dünya xəbərləri