05
May
2020
17:09
88
36
55

"Göz yaşlarım sözümə baxmır" - Məleykə Əsədova

"Göz yaşlarım sözümə baxmır" - Məleykə Əsədova
"Son günlər qəlbim çox darıxır. Hətta göz yaşlarım sözümə baxmır".
Atamedia.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Aktrisa son günlər daha çox darıxdığını vurğulayıb:

"Gecələr uşaqlara məxsus saf, zərbə almış qəlbimlə danışıram. Yaralı qəlbimin pıçıltısını Allahım və mən eşidirəm. Qəlbim dolu olanda ürəyimin səsini vərəqlərə köçürtmək və yaxud hayqırıb ürəyimi boşaltmaq istəyirəm. Bir güc mənə deyir olmaz... Olmaz... Onsuz da səni anlamayacaqlar. Sən elə gül ancaq...".

Digər Dünya xəbərləri