03
Haziran
2020
10:30
88
36
38

“Çölçü” filmi zirvələri fəth etməkdə davam edir

“Çölçü” filmi zirvələri fəth etməkdə davam edirAzərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi beynəlxalq film festivallarında üç kateqoriya (Ən yaxşı bədii film, rejissor və operator işinə görə) üzrə mükafatlara layiq görülüb.

Atamedia.az xəbər verir ki, ekran əsəri bu uğura Yaponiya, İtaliya, İsrail və ABŞ-da keçirilən beynəlxalq festivallarda imza atıb.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Ekran əsəri 5 qitəni əhatə edən 85 beynəlxalq film festivalda iştirak edərək 45-dən artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Digər Dünya xəbərləri