25
May
2020
12:58
88
36
58

"Amaliya Pənahova küsdü getdi"

"Amaliya Pənahova küsdü getdi"
ARB-də yayımlanan "Səhər-səhər" verilişi mərhum Xalq artisti Amaliya Pənahovaya həsr edilib.
Atamedia.az xəbər verir ki, proqramda onun yaradıcılığından söz açılıb. Xalq artisti Əli Nur bildirib ki, aktrisa Akademik Milli Dram Teatrından küsüb gedib:

"Amaliya xanımın bütün məziyyətlərini bilirik. Teatra direktor, bədii rəhbər gələndə ədalətli olmalıdır. Rol bölgüsü düzgün aparılmalıdır. Bəzi hallarda teatra bədii rəhbər gəlir və qisas alır. Amaliya Pənahova teatrdan incik düşdü. Küsdü və getdi. Onu yaratdığı obrazlara görə incitmək olmazdı.

Burada Akademik Milli Dram Teatrına direktor təyin olunmasının da səbəbi var idi. Çünki Amaliya xanımın da buna istəyi var idi. İncidi getdi və öz Bələdiyyə Teatrını yaratdı. Elə hallar var ki, yazılır, amma demək olmur. Özünə arxayın, sevilən, pərəstişkarları çox olan sənətkar idi. Böyük sənətkarı şərə salmaq olmazdı. Onu etdilər".

Digər Dünya xəbərləri