06
Haziran
2020
09:31
88
36
12

“Visa” Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə vebinar keçirib

“Visa” Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə vebinar keçiribAzərbaycan Banklar Assosiasiyası (ABA) və Mərkəzi Bankın (AMB) təşkilatçılığı ilə “Visa Inc” beynəlxalq kart təşkilatı tərəfindən onlayn platforma vasitəsilə bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün vebinar keçirilib.

“atamedia.az bu barədə “ABA”ya istinadən xəbər verir.

Belə ki, Azərbaycan Banklar Assosiasiyası Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarrifləndirici tədbirlərin icrasını davam etdirir.

Qeyd edək ki, vebinarda “Visa International” şirkətinin Qafqaz regionu üzrə direktoru Kristina Doros da iştirak edib.

Təlimdə xarici ekspertlər “Hissəli ödəniş: artan tendensiya” və “CyberSource: Qlobal Ödəniş İdarəetmə Platforması” mövzularında təqdimat edib və iştirakçıların suallarını cavablandırıblar.

Digər Dünya xəbərləri