06
Haziran
2020
13:35
88
36
14

Bakıda 66 yaşlı qadın çalışdığı evdən külli miqdarda pul oğurluğunda şübhəli bilinir

Bakıda 66 yaşlı qadın çalışdığı evdən külli miqdarda pul oğurluğunda şübhəli bilinirBakının Nərimanov rayonunda mənzildən külli miqdarda oğurluq hadisəsi baş verib.

Bu barədə Atamedia.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

1983-cü il təvəllüdlü Yalçin Xakiyev 17-ci Polis Bölməsinə şikayət edərək, mənzilindən 9 min dollar yoxa çıxdığını bildirib.

Həmin şəxs evində işləyən 1954-cü il təvəllüdlü G.M.-dən şübhələndiyini deyib.

Həmin qadın hələlik tutulmayıb, onun oğurluqda əli olub-olmadığı araşdırılır.

Digər Dünya xəbərləri