06
Haziran
2020
11:29
88
36
13

Bakıda 39 yaşlı qadını bıçaqladılar

Bakıda 39 yaşlı qadını bıçaqladılarBakının Nərimanov rayonunda yaşayan qadın bıçaqlanıb.

Hüquq-mühafizə orqanlarından Atamedia.az-a verilən məlumata görə, iyunun 5-də saat 23:20 radələrində Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Sevinc Nəsirova sinəsində və əlində bıçaq yaraları ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstənin vəziyyəti ağır olduğundan, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin təfərrüatını müəyyənləşdirmək üçün onu dindirə bilməyiblər. Qadına ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər Dünya xəbərləri