14
Kasım
2020
15:38
88
36
32

Erməni faşizminin sonu: Nikol Paşinyan

Erməni faşizminin sonu: Nikol PaşinyanNamiq Atabəyli
(Avrasiyayönümlü yazıçı-publisist)
Erməni faşizminin sonu: Nikol Paşinyan
IV YAZI

Erməni faşizminin sonu: Nikol Paşinyan Azərbaycanda kadr siyasəti sahəsində əski proteksionist mehdiyevçiliyin postmehdiyev mərhələsi ilə əvəz edilməsi nəinki ən son dövrlərə, bütünlüklə bütün tarixi keçmişə baxışın təzələnməsini tələb edir. Tarixə baxış gələcəyin açarıdır.
Qafqazda son 20-30 ildə baş vermiş ictimai-siyasi proseslərin düzgün izahı üçün Tarix ciddi araşdırılmalı və folk-istorizmdən təmizlənməlidir. Bu mənada, erməni faşıizminin mahiyyəti də tədqiqatdan kənarda qala bilməz. Lakin unutmaq olmaz ki, Qafqaz vahid olduğu kimi, burada cərayan etmiş bəzi proseslər də ümumi xarakterlidir...
Azərbaycan Respublikası Prezidentinin keçmiş admnistrasiya Rəhbəri kimi Ramiz Mehdiyevin ismi indiyədək daha çox ermənimeylli qüvvələrin içərisində hallanmışdır. Onun hal-hazırda AMEA-na rəhbərlik etməsi bu məsələni daha da ciddiləşdirir. Erməni faşizminin mahiyyətini izah edərkən “Ramiz Mehdiyev sindromu”nu da ciddi araşdırmaq lazım gəlir. Mən ötən əsr 90-cı illərin ortalarında bu Zatın antituran məzmunlu kitablarını oxuyarkən, onun həqiqətən bir türk ölkəsində Türk düşmənçiliyi apardığını aydınca hiss etmişdim. Əlbəttə, kiçik bir dövlət məmurunun Admnistrasiya Rəhbəri ilə ideya mübarizəsi aparması elə də asan iş deyildi...
Başqa həmkarlarımdan fərqli olaraq, mən 30 illik Jurnalist fəaliyyətimlə bərabər, eyni zamanda şirvanlı qocaman bir jurnalistin oğluyam. Hələ də müstəqil şəkildə jurnalistik fəaliyyətini davam etdirən atam Rəşid Fərəcovun bu gün 82 yaşı var: mənim orta məktəb şagirdi olduğum illərdə atamın Rayon Partiya komitəsinin qəzetində (“İrəli” qəzeti) deyil, nə üçün mərkəzin “Kommunist” qəzetində Kürdəmirdə pambıq sahələrinin hədsiz genişləndirilməsi üzündən əhalinin öz heyvan-qarasını otarmaq üçün yer tapmadığından bəhs edən bir məqalə dərc etmişdi və bu, böyük qalmaqala səbəb olmuşdu. O zaman atama qarşı belə bir “oyun” sərgiləndi: atamı rayon daxilində cəzalandırmaq üçün dərhal “Zəhmətkeş məktubları və ərizələri” şəbəsinin müdirliyindən çıxarıb, müxbir vəzifəsinə endirdilər. Əlbəttə, onun həmin dövrdə Azər.KP MK-nın ideoloji katibi vəzifəsində çalışan Ramiz Mehdiyevə yazdığı şikayət ərizələrinin aqibətindən danışmağa da dəyməz... Mən bir jurnalist oğlu kimi hələ məktəbli yaşımda o vaxt Ramiz Mehdiyevi çoxsifətli bir şəxs hesab eləmişdim. Amma sonralar Tarix bizi 10 il eyni ünvanda işləməyə məcbur etdi?!.
Məşhur İsveç repertyoru Erik Fichtelius “Jurnalistikanın on qızıl qaydası” kitabında 9-cu Qızıl qaydanı “Nəticələrə qarşı neytral olmalı” adlandırmışdır. Nəticələr isə bəzən şəxsi mənada o qədər ağır olur ki, neytralitet gözləmək qeyrətsizliyə çevrilir. Mehdiyevin siyasi müxalifət içərisindən özü üçün kadr ehtiyatını necə topladığına xüsusi fikir vermək pis olmazdı: Mais Səfərli (keç. müxalifətçi deputat. O, eyni zamanda R.Mehdiyevin öz oğlu Timur ilə C.Hacıbəyli küçəsində Azay Möhnətova məxsus çoxmərtəbəli yaşayış binasında hələ 2004-cü ildən qapı bir qonşu “etdiyi” şəxsdir. Mehdiyevin adı Azay ilə birgə EUROHOOME ticarət mərkəzlərində şərik kimi çəkilir. Bu obyektlərdən biri də memarlıq abidəsi kimi adı Dünya memarlığı siyahısına daxil edilmiş Qarabağ (keç. Turist) mehmanxanasının 2004-cü ildən bəri varvarca dağıdılmasından sonra, onun yerində salınmışdır) və Fərəc Quliyev... Mən bütün digər ikinci sıra ismləri burda sadalamaq istəmirəm. Diqqəti çəkən nüans bunların hər ikisinin tarixdə oynadığı ümumi mürtəce fəaliyyətlərdir. Mais Səfərli “Yurddaş” təşkilatı və sonra partiyasını “yaradaraq”, Avrasiya məkanında xalqımızın mühacirət eloktratının parmçalanması və yanlış yollara istiqamətləndirilməsilə məşğul olmuşdur. Fərəc Quliyevin isə təkcə “Avroatlantik tərəfdaşlıq” kimi mürtəce ideyalarını yada salmaq kifayətdir. Vaxtilə bu zatların hər ikisinin əleyhinə mənim məqalələrim “Azərbaycan” qəzetində dərc edilmişdir. İddialarımın sübutu məhz Ulu Öndər Heydər Əliyevin stolunun üzərindən mətbuata aparılmış həmin yazılarımdadır. Hər iki zat: Mais Səfərli və Fərəc Quliyev mənim Prezidentin Mətbuat Katibi xidmətindən uzaqlaşdırıldığım vaxtdan bəri Ramiz Mehdiyevin hesabına zamanla millətvəkilliyi statusunu qazanmışlar?!
Erməni faşizminin irqçi ideologiyayaya söykəndiyi məlumdur. Bəs, Ramiz Mehdiyevin kadr siyasəti hansı ideoloji prinsiplərə əsaslanmışdır. Məncə, keçmiş Azər.KP MK-nın Birinci katibi Əbdürrəhman Vəzirov öz siyasi fəaliyyəti ərzində nə qədər çox səhvlər eləmiş birisi olsa da, onun Ramiz Mehdiyevi məşhur Partiya konfransında MK-da İdeoloji katiblikdən “... qovan kimi qovarkən” söylədikləri tamamilə haqlı fikirlər olmuşdur!..
Ermənistan Respublikasının faşist rəhbəri Nikol Paşinyanın acınacaqlı aqibəti bu gün bizim ölkəmiz üçün də əsl dərsdir: yerliçilik və irqçilik üzərində qurulmuş idealojiyaların sonu iflasdır! Əlbəttə, Mehdiyevin Kadr və dövlət qulluğu məsələlərindən uzaqlaşdırılmasından sonra ölkədə müəyyən müsbət dəyişikliklərin baş verdiyini inkar etmək düzgün olmaz. Amma “boz kardinalın” boz əməllərinə qarşı KARDİNAL dəyişikliklərə hələ də ehtiyac vardır. Qoqolun “Şinel”indən çıxmış məmur ordası artıq o şineldən az şeylər mənimsəməyiblər: məktubları cavabsız qoymaq, tanışbazlıq, vəzifə borcunu unutmaq, konformizm və s.
Mən öz cəmiyyətimi hazırda bir yazıçı kimi nəzərdən keçirirəm. Əgər bu gün Erməni faşizmi üzərində Böyük Qələbəmizin münasibətilə ultra-millətçi şüarlarla bəzənərək sevinc sellərində üzürüksə, bu hələ hər şeyin həlli deyil. Məğlub olan tərəf ən böyük Dərsi alan tərəfdir. Xalqların gələcəyini müasir Silahlar deyil, elmi-texnoloji tərəqqi və mədəni inkişaf müəyyənləşdirir. Mən dövlət başçısının Paytaxtda təyin etdiyi Qadağan saatını pozaraq, gecə saat 4-dən küçələrdə keçirilmiş avtoşouların, səsgücləndiricilərin nümayişində mədəniyyət elementi görmürəm. 1992-ci ilin 8-9 Mayında bütün Türkiyə mediyası manşetlərdə yalnız bir söz yazmışdı: Azərbaycanda bu gün bircə güllə belə atılmamışdır. Əlbəttə, Şuşanın “satılması” ağır ittiham idi. Amma bu baş vermişdi... Elə həmin gün mən də bir çoxları kimi Vətənin xilası üçün öz nəzərlərimi Ulu Öndər Heydər Əliyevə çevirmişdim. Xalq öz tarixindən dərs götürməlidir: 8 Noyabrda geri alınmış Şuşa minlərcə igid oğlun qanı bahasına başa gəlmişdir. Bunu kimsə unutmamalı idi!

Mənim Ulu Öndər Heydər Əliyevin ideyalarına xidmət tarixim Prezidentin Mətbuat Katibi xidmətində 10 illik “böyük məsləhətçiliyim” ilə yekunlaşmır. Bu məsələyə sonra qayıdacağam...
Öncə deyim ki, Ermənistanın “jurnalist” Baş naziri İcevan 1 №-li orta məktəbin idman müəlliminin oğlu faşist Nikol Paşinyan bir çox başqa yaşıdları kimi, 1988-ci ildən baş qaldıran “Qarabağ hərəkatı”nın fəal üzvlərindən biri olmuşdur. O, 1991-ci ildə orta məktəbi bitirib, Yerevan Dövlət Universitetinin filolojiya fakültəsinin jurnalistika şöbəsinə qəbul edilibdir. Bu tarix, təxminən, mənim SSRİ Teatr İttifaqı Yaradıcılıq İstehsalat Birliyinin Azərbaycan bölməsində Kiril Lavrovun məktub-müraciəti əsasında yaradılmış “İlham” qəzetində şöbə müdiri kimi ilk Jurnalistik fəaliyyətə başladığım dövrdür. Mən bu qəzetdə iki ayrı-ayrı mərhələdə çalışmışam: birinci mərhələ- 14 noyabr 1990-cı ildən 9 aprel 1991-ci ilə kimi (bu dövrdə Heydər Əliyevin şöbə müdiri olduğum “İlham” qəzetində ilk Müsahibəsinin- Vətənin cənubu, şimalı yoxdur- təşkilinə nail olmuşam, 20 Yanvar cinayəti əleyhinə məqalələr yazmışam ); ikinci mərhələ isə 5 oktyabr 1993-cü ildən 30 dekabr 1995-ci ilə qədər çəkmişdir. Bu təzad nədən ortalığa çıxmışdı?!. Məsələ bundadır ki, 1995-ci ildə Azərbaycan Konstitusiyasının müzakirə və qəbulu zamanı məndən xahiş olunmuşdu ki, bu prosesdə fəal iştirak edim. Rəsmi mətbuata tam nəzarəti ələ keçirmiş Ramiz Mehdiyevin “mənim əlimə oynamalısan!” göstərişinə boyun əymədiyim üçün yazdığım məqalələrin yalnız “Yeni Azərbaycan” qəzetində dərci mümkün idi. Baş redaktor Xeyrəddin Qoca məni Prezident Aparatında çalışdığım halda “müqavilə əsasında” müvəqqəti işə götürdü. Beləliklə, mən özümü növbəti Ramiz Mehdiyev şərindən qorumaq üçün (o həmin dövrədək məni artıq iki dəfə qeyri-qanuni olaraq, “işimdən azad” etmişdi. Bütün bu Sərəncamlar isə Prezident Heydər Əliyevin şəxsi müdaxiləsilə iki həftə ərzində anulirə edilmişdi) əlavə daha iki yerdə “işçi kimi” özümü sığortalamağı lazım bildim. “İlham” qəzetində “Azərbaycançı kosmopolitizm, yoxsa milliyyətçi türklük” və “Azərbaycan konstitusiyası...” adlı iki silsilə məqalələrim dərc edildi. Bu yazılar birbaşa Ramiz Mehdiyevin antituranizmi əleyhinə yönəlmişdi. Əlbəttə, açıq müstəvidə mən Admnistrasiya Rəhbərilə üz-üzə gəlmişdim. Bu yazılarımdan ayrı-ayrı parçalar hətta “Azadlıq” radiosunda Mirzə Xəzərin şəxsən özü tərəfindən oxunmuşdu. “Yeni Azərbaycan” qəzeti isə mənim “Siyasi yol”, Birinci məqalə (№-22/85. 14 oktyabr 1995-ci il), “Siyasi yol”, İkinci məqalə (№-27/90, 4 noyabr 1995-ci il), “Sağlam düşüncə” (№-31/94. 2 dekabr 1995-ci il), “Azadlığın qədri” (№-34/97, 23 dekabr 1995-ci il), “Milli zəfər yürüşü” (№-21/84, 7 oktyabr 1995-ci il) və digər məqalələrimi dərc etmişdi. Azərbaycanda Konstitusiya rejiminin bərpası dövrün ən zəruri məsələlərindən biri idi. Sovet Azərbaycanının Əsas Qanuni qüvvədən düşmüşdü, yenisi isə hələ də yoxdu... Bu hüquqi boşluq demək idi. Bu boşluq Ramiz Mehdiyevin də işinə yarayırdı. Odur ki, Azərbaycan Konstitusiyasının qəbulu ərəfəsində, yəni iyun-iyul aylarında Admnistrasiya Rəhbəri şəxsi təşəbbüsü ilə mənim işdən azad edilməyim barədə növbəti Sərəncam verdi. Heydər Əliyev onun bu volyuntarizminə dərhal son qoydu. Sərəncam anulirə edildi və mən “itirilmiş vəzifəmə” qaytarıldım...
Bütün bu və digər şəxsi təcrübə və qənaətlərim əsasında etiraf və bəyan edirəm ki, Qafqazda yeni demokratik dəyişikliklərin baş tutması üçün iki mürtəce xəttin- yerliçiliyin və irqçiliyin aradan qaldırılmasını çox zəruridir. Faşist dünyagörüşü də məhz bu iki faktora söykənir. Adolf Hitlerin “Bavariya qrupu” onun ideoloji bazasının maddi təməllərindən birincisi idi. Sevinirəm ki, 2004-cü ildən bəri mühdiyevşinanın təqibləri ilə üzləşmiş atasının çəkdiyi 18 illik müsibətləri mənimlə birgə yaşamış qız övladlarım, Ermənistanın faşist lideri jurnalist Nikol Paşinyanın qızı Məryəm Paşinyanın bu günlərdə söylədiyi son sözləri bir dəfə də olsun dilinə almadılar: “Mənim bütün arzularım, ümidlərim məhv oldu...” Ümidini itirmiş gələcək bəşəriyyətə gərək deyil!
“Erməni faşizminin sonu- Nikol Paşinyan” mövzuma qayıdaraq, erməni şovinist dairələri arasında xüsusi ideologiya halına salınmış saxta “paralel tarixçilik” və ya folk-istorizminin təsiri altında Azərbaycanda formalaşmış elmi bidətlərə cavab vermək istəyirəm. Bunlardan birincisi “erməni dövlətinin ruslar tərəfindən” yaradılması iddialarıdır. Erməni dövlətinin yaranmasını Çar Rusiyasının adına bağlamaq əsl tarixi saxtakarlıqdır. “Erməni dövləti” planı Qərb imperialist güclərinin “liberalizm” pərdəsi altında gizlətdikləri işğalçılıq siyasətinin məhsuludur. Qərb maliyyə bosslarının yardımları ilə Çar Rusiyasını dağıdaraq, bu ölkədəki maddi sərvətlərə yiyələnməyə can atan Qərbcu mürtəce qüvvələr bir sıra başqaları (rus sosial-demokratları, Bunt yəhudi partiyası və s.) kimi, erməni təşkilatlarına da Xaç atalığı etmişlər. Yalnız Çar hökuməti süqut etdikdən sonra, dünya siyasi xəritəsində “Ermənistan Respublikası” peyda olmuşdur. Mifik əfsanələrdən quraşdırılmış amorf təəssüratların əsasında Qafqazda “vətəndaşlıq statusu” almış bu qondarma dövlət yarandığı gündən irqçı-faşist xarakterini büruzə vermişdir. Erməni faşizminin antitürk irqçilik siyasəti haqqında əvvəlki yazılarımda Njde barədə qeydlərimdə ətraflı söylənmişdir. Təkrara ehtiyac görmürəm. Erməni faşizminin Qafqaz xalqları arasında mürtəce rolu geniş şərh tələb edir. Yalnız bir faktı yada salıram: Leninin bolşevik hökuməti 1918-ci ilin 19 yanvarında Ümumrusiya Müəssislər Məclisini dağıtdıqdan sonra, idarəçilik sistemini itirmiş Qafqaz xalqları azəri türkü, gürcü və erməni tərkibli Zaqafqaziya Seymi yaradıldı. Alman cəsusu olmuş V.İ.Lenin təcili şəkildə Antanta blokundan çıxardığı Yeni Rusiya ilə alman dövləti arasında Saziş bağladı. Bu əsasda alman-rus Bretsk-Litovski sövdələşməsi baş tutdu. Elə həmin dəqiqədən etibarən erməni millətçilərinin də Zaqafqaziya Seymi daxilində destruktiv fəaliyyəti Almaniya-Türkiyə hərbi ittifaqını pozmaq istiqamətinə yönəldi. Seymin erməni və gürcü fraksiyası 31 Mart (1918-ci il) tarixində azərbaycanlı üzvlərin iradəsi ziddinə gedərək, Türkiyəyə müharibə elan etdilər. Bu qısa müddətli savaş Seymin məğlubiyyətilə başa çatdı. Almaniya hökuməti öz müttəfiqinə qarşı ikiüzlülük edərək, I Cahan müharibəsindən sonra Qafqazın öz müttəfiqi olan Türkiyənin nüfuz dairəsinə düşməsinə mane olmağa çalışırdı. Gələcək alman faşizminə gedən yolun başında olan Türkiyə “müttəfiqi” üçün erməni faşizmi daha cazibədar görünürdü. Zaqafqaziya Seymini ilk olaraq, gürcülər tərk etdilər. 26 Mayda gürcülər, 28 Mayda isə azərilər öz istiqlalını elan etdilər. Bundan sonra, Ermənistanın ABŞ-ın kurasiyası altına keçməsi və ABŞ mandatı altında Qafqazda öz anti-türk faşist siyasətini davam etdirməsi daha geniş söhbətin mövzusudur...
...“Qarabağ hərəkatı” ilə ötən əsrin sonlarından yenidən vüsət almış erməni faşizmi minlərlə erməninin başını yediyi kimi, hazırkı erməni narıncı lideri, faşist Baş nazir Paşinyanın da beynini ilk gəncliyindən yuya bilmişdir. Bu faşist hərəkatın sıralarında hələ orta məktəb illərindən yer almış N.Paşinyanın tələbəlik illəri “inkarçı mövqeyilə” başqalarından heç də seçilmədi. O da hümanitar sahənin bir çox mütəxəssisləri kimi jurnalistik fəaliyyət yolunu tutdu. Onun bu yolu çox eniş-yoxuşlu olmuşdur: belə ki, o, 1993-cü ildən 1994-cü iləcən “Dprutyun” qəzetində korrespondent, 1994-1997-ci illərdə “Lraqir”, “Lraqir-or” və “Molorak” qəzetlərində korrespondent, 1995-1997-ci illərdə “Molorok” qəzetinin “Em-es-e” əlavəsində redaktor kimi çalışmışdır. 1998-ci ildə “Oraqir” qəzetini təsis edərək, burada Baş redaktor vəzifəsində çalışmışdır. Onun jurnalist kimi baş ağrılarından biri: öz qəzetində Ermənistan parlamentinin deputatı Artaşes Qeqemyanın xanımı və deputatlığa namizəd Norik Ayvazyan əleyhinə yazdığı bir yazıya görə məhkəməyə verilməsi və 25 min dollar cərimə edilməsidir. Birinci instansiya məhkəməsi onu üç punkt üzrə günahkar bilmiş və bir il müddətinə həbs qərarı çıxarmışdır. Qəzet qapadılmışdır.
1999-cu ildə o, “Aykakan jamanak” qəzetinin baş redaktoru olmuş, 2008-ci ilədək bu vəzifədə qalmışdır. Bundan sonra onu vəzifədə xanımı Anna Akopyan əvəzləmişdir. 2004-cü ilin 22 noyabrında Yerevan şəhərinin mərkəzində N.Paşinyanın avtomobili partladılmışdır. Bu zaman o, maşında olmamışdır. Bu hadisənin erməni sahibkar Qaqik Çarukyan tərəfindən təşkil edildiyi sübut edilə bilməmişdir. 2007-ci ilin Parlament seçkilərində Nikol Paşinyan “İmpiçment” blokundan siyahıda Birinci olaraq, prezident Robert Köçəryanın və baş nazir Serj Sarksyanın istefalarını tələb etmişdir. Onu da deyim ki, 2008-ci ildə Yerevanda saxta seçkilər əleyhinə baş qaldılrmış mitinqlərin silalı yolla dağıdılmasına əmr vermiş Mixail Arutyunyanın (əslən Şamaxı rayonun Saqiyan kəndindəndir) gülləboranı altından keçənlərdən biri də N.Paşinyan olmuşdur. Bir il sonra prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi Seçkidən sonra ictimai qayda pozuntusu səbəbilə axtarışa verilmişdir. 2009-cu ildə hakimiyyətə könüllü təslim olmuş, növbəti ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilmişdir...
Göründüyü kimi, Nikol Paşinyan ilk baxışda ölkədə azadlıq və hüquq müdafiəçisi olaraq daha çox nəzərə çarpır. Amma bu heç də belə deyildir. Bəs, vəziyyət əslində necədir?!
Məgər bir “demokratiya çarçısı” başqa millətdən olan insanların azadlığına qarşı mübarizə aparan qara qüvvələrlə yandaşlıq edərmi? Faşist-jurnalist Nikol “erməni həqiqətləri” kimi tarixə sırınmış yalanların əleyhinə öz jurnalistik fəaliyyəti ərzində bir kəlmə belə işlətməmişdir. Onun savaşı faşizmin banisi Adolf Hitlerin “fəlsəfəsindən” heç nəyi ilə seçilmir. Hitler də “alman xalqının üstünlüyü” kimi irqçi mövqedən çıxış edərkən, heç şübhəsiz, özünü tamamilə haqlı sayırdı... Bu faşist boşboğazlıq ona ilk növbədə özünün alman xalqı üzərində “ağalıq statusu”- FÜRERLİK etməsi üçün lazım idi. Vaxtilə B.Mussolini jurnalistlərə müsahibə verərkən demişdi: “İRQ! Gerçəklik deyil, hissdir.” İnsan təkamülü üç mərhələdə inkişaf yolu keçmişdir: kosmik, bioloji və mədəniyyət. Tarix dönə-dönə sübut etmişdir ki, faşizm mədəniyyətdən uzaq bir dünyagörüşdür. Doqquz milyon il bundan əvvəlin Ramapithecusu ilə bizim dövrümüzün Homo sapiensi arasında təkamül prosesi nəticəsində çox dəyişikliklər baş vermişdir. Lakin faşist təfəkkürü hətta müəyyən mənada Ramapithecusun təfəkküründən də aşağıdır. Hər halda təbiətdə mövcudluğunu qoruyub saxlamağa çalışan heç bir canlı boş bir hissiyyat xatirinə öz həmcinsini məhvə qalxmır. Dovşan dovşanı, ayı ayını öldürmür...
Müasir texnoloji sivilizasiyanın matimatik mahiyyəti postsənaye əsrində bütün bəşəriyyətin sıx birləşməsini tələb edir. Bütün insanlıq planetar böhran içərisindədir. Biz uzun illər özümüzü aldadaraq, Rusiyanın xüsusi yol ilə getdiyinə və başqa xalqları da öz ardınca apardığına inanıb, ömrümüzü Kommunizm illüziyalarına qurban vermişik. Dahi rus münəvvəri Konstantin Leontyev ömrünün axırlarında Rusiyaya və ümumiyyətlə tərəqiyə inamını tamamilə itirmişdi. Faşizmi ortaya çıxaran fəlsəfi inanclar, əsasən, Nitsşe və Şopenhauerdən qaynaqlanır. Fövqəlinsan cəfəngiyyatı boş ideoloji illüziyadır. İnsan yalnız üzvü olduğu bir cəmiyyətin tərəqqisi ilə həmahəng şəkildə tərəqqiyə nail ola bilər. Burada müəyyən istisnalar, dahilik və s. aspektlər də nəzərə alınmalıdır. Amma kimsədə Allah olmaq gücü yoxdur.
Kibersavaşların yeni “cəngavərləri” üçün insanlıq hələ də faşist xülyaların icrası üçün bir vasitə kimi tanınır. Elmi-texniki tərəqqini, mədəniyyəti bir tərəfə atıb, insanlığı saxta irqi məqsədlərin icra alətinə çevirmək, əlbəttə, heyvanlıqdan da aşağıda durmaq deməkdir. Erməni faşizmi də bu mənada yalnız heyvani təfəkkür və hissiyyatdan ibarətdir.
Mən Osvald Şpenqlerin “Avropanın qürubu” (1911) əsərində 2000-ci ildən sonraya verdiyi nihilist proqnazu: “bəşəriyyəti tam 200 il xırda tiranlar idarə edəcəklər”- qəbul etmirəm. Çünki mən də bu ümumbəşər cəmiyyətinin bir üzvüyəm!.. Hətta qədim yunan eposunda Baş Allah hesab edilən Zevs belə bütün kainat üzərində hakimiyyətə malik olmamışdır. O, “PRİMUS İNTER PARES”- sayılırdı. Zevs allahların və insanların tale tərəzisini əlinə alarkən Hektorun püşkünə əsaslanmışdı. Deməli, Antik ruh kiçik allahlar olimpində yalnız birgəyaşayışa üstünlük vermişdir.
Fransanın Nobel laureatlı antifaşist yazıçısı Romen Rollan demişdir: “Böyük xalq intiqam alan deyil, haqqı bərpa edən xalqdır.” Bu fikrinə görə onu antialman (antifaşist yox) əhvali-ruhiyyənin Fransada tüğyan etdiyi dövrdə ölkədən qovmuşdular. R.Rollan faşizmin revanşist müharibəsini alman və fransız xalqlarının müharibəsi deyil, Alman reyxinin başçısı Hitlerin insanlığa qarşı cinayəti hesab etmişdi. Həqiqətən, əsl yazıçı yalnız Sülh və Qardaşlıq ideyalarının carçısı olmalıdır. Rollan alman xalqının dahi simalarını Fransada kütləvi aşağılanma və təhqirlərdən qorumaq üçün təkbaşına mübarizə aparakən də antifaşist idi!..
Sovet dövründə Kəlbəcər, Laçın, Zəngilan və Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, dekorativ daşlar və digər yataqların necə istifadə edilməsindən bizim heç bir xəbərimiz olmamışdır. Nə Azərbaycanın, nə də Ermənistanın iqtisadi coğrafiyasında bu barədə bircə cümlə belə yoxdur. Elə isə “Qarabağ Muxtar vilayəti”nin Azərbaycandan ayrılıb, Ermənistana birləşməsini tələb edən “hərəkatın” Kəlbəcər, Zəngilan və ya Laçında nə işi vardı?.. İşğal olunmuş bu yataqları əsl sahibinə geri qaytarmamaq üçün öz xalqının 10 minlərlə günahsız gəncinə yenidən çəhrayi libas geyindirib ölümə göndərmiş Baş nazir faşist Nikol Paşinyanın tarixdə hansı üzlə yaşayacağı indidən bəllidir: QARA ÜZLƏ!..
Məlumat var ki, faşist Nikolun xanımı Anna Akopyan sərvətini yığışdıraraq, artıq ölkədən qaçıb getmişdir. Mən bu hadisəni Qədim Roma ilə Karfegen arasındakı III Pun müharibəsi ilə müqayisə etmək istəyirəm: iki Pun müharibəsi Romanı Aralıq dənizinin ən qüdrətli dövlətinə çevirmişdi. Lakin Karfagen də boş durmamışdı. O, indi əsas diqqətini Şimali Afrikadakı qonşu tayfalarla iqtisadi əlaqələrə vermişdi. Bu, əlbəttə, Roma tacirlərini narahat etməyə bilməzdi. Romalılar Karfageni qəti şəkildə məhv etmək üçün bəhanə gəzirdilər. Nəhayət, bu bəhanə də tapıldı. Numidiya şahı bu oyun üçün əsl oyuncaq fiqur seçildi. Roma senatı 161-ci ildə Karfegenin Empori əyalətini Numidiyaya vermişdi. Karfagenin Romaya şikayətləri isə təbii ki kağız üzərində qalırdı. Nəhayət, Karfagen də yenidən hərbi əməliyyarta başladı. Roma onu Müqaviləni pozmaqda müqəssir bilib, növbəti müharibə meydanına çəkdi. Bu savaş tarixdə III Pun (e.ə.149-146-cı illər) müharibəsi adlanır. Bu müharibənin sonu Karfagen üçün çox faciəli bitdi. Şəhər tamamilə qarət edilib, dağıdıldı. Karfagenin məğlubiyyətini qalib Roma sərkərdəsi Ssipionun qarşısında diz çökmüş öz əri Hasdrubala bağışlamayan xanımı hamının qarşısında ona belə demişdi: “ Sən bu dünyada ən utanmaz, xain və qorxaq kişisən! Bizi bürüyən bu alovlar mənə və uşaqlarına qəbir olacaqdır. Sən Karfagenin böyük sərkərdəsi ikən, qalib düşmən qabağında alçaqcasına diz çökmüsən...” Bu sözlərdən sonra o, hər iki uşağını və özünü alovların içinə atıb, yandırmışdı.
Faşist Ermənistan ordusunun Azərbaycana qarşı son 44 günlük (27 sentyabr-8 noyabr 2020-ci il) savaşındakı acınacaqlı məğlubiyyətindən irəli Baş nazir Nikolun qeyri-rəsmi arvadı Anna Akopyanın Ermənistandan qaçıb xaricə getməsi, ən azından, onu öz xanımı qarşısımda belə bir xəcalətdən xilas edib... Əlbəttə, xanım Anna Akopyan vaxtında aradan əkilsə də, onun faşist ərinin Azərbaycanın işğal olunmuş ərazilərində güdaza verdiyi minlərcə gənc əsgərin anaları qarşısında cavab verəcəyi gün qaçılmazdır.
PS: Bu yazı Xəbər Portalına verildiyi ərəfədə Yeni Avrasiya Hərəkatının lideri, Rusiya FR-in Prezidenti zati-aliləri Vladimir Vladimiroviç Putinin şəxsi təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin dayandırılması barədə mühüm Müqavilə imzalandı. Avrasiya məkanında son 30 ildə yaradılmış bu cür münaqişələrin geosiyasi məqsədləri barədə yazdığım silsilə təhlil məqalələrimdə söylədiyim fikirləri təkrarlamayacağam. Bir Avrasiya yazıçısı olaraq, mövqeyim bəllidir: AVRASİYAnın kontinental bütövlüyü və vahidliyi prinsipi. Biz müasir postsənaye erasının planetar böhranından 50-60 il bundan əvvəl Alman faşizminə qarşı babalarımızın apardığı birgə mübarizəni qardaşca davam etdirməklə qurtula bilərik. Xalqları bir-birinə düşmən elan etmək olmaz! Faşist Almaniyasının üzərində 1945-ci ildə II Dünya müharibəsinin sonunda qurulmuş Nurinberq məhkəməsi alman xalqının mühakiməsi deyil, Alman Reyxinin və nasional-sosialistlərin mühakiməsi idi. Mən hesab edirəm ki, yalnız Qafqaz mafiyasına dayanaraq, erməni faşizminin törətdiyi 30 illik qardaş qırğınına son qoyulmamışdır, eyni zamanda Böyük Vətən müharibəsində Böyük Qələbəmizin 75-ci ilində Qafqazda faşizm üzərində son Zəfər çalınmışdır.
Mən Sovet ordusunun zabiti olmuşam. Babalarımdan biri- Rza Əhmədov bəşəriyyətin xilası uğrunda alman faşizmi ilə müharibədə 25 yaşında həlak olmuşdur. Odur ki, Qərb dünyasının mürtəce faşist dairələri tərəfindən qardaş Avrasiya xalqlarının azadlığına və tərəqqisinə qarşı yönəldilmiş hər cür təcavüzkarlığa və fitnələrə qarşıyam. Mən Qafqaz xalqlarının arasında Sülh və Qardaşlığın yenidən bərpa edilməsində göstərdiyi böyük tarixi xidmətə görə bir daha Rusiya xalqına və onun Prezidenti cənab V.V. Putinə öz dərin minnətdarlığımı bildirirəm. Yaşasın Sülh! Yaşasın Qardaşlıq! Yaşaqsın Avrasiya Birliyi!..

(Əvvəli: Saytın 19 -21 -23. X. 2020-ci il tarixli buraxılışlarında)

“İctimai Xəbər Agentliyi” MMC

Digər Dünya xəbərləri