08
Kasım
2020
17:53
88
36
34

“Şuşanın azadlığı ilə Ali Baş Komandan yeni tariximizin ilk ən böyük cümləsini tamamladı...”

“Sevincimdən qan təzyiqim xeyli qalxdı, ancaq misilsiz şadlıq hissləri hər bədbinliyi yox etdi...”[b][/b]
“Şuşanın azadlığı ilə Ali Baş Komandan yeni tariximizin ilk ən böyük cümləsini tamamladı...”

“Şuşanın azadlığı ilə Ali Baş Komandan yeni tariximizin ilk ən böyük cümləsini tamamladı...”
“Böyük tarixi gündür... Böyük qələbədir... Bütün Azərbaycan xalqını təbrik edirəm. Sevincimizin həddi-hüdudu yoxdur. İnanırsız, bu xəbərin sevincindən qan təzyiqim xeyli qalxdı. Ancaq misilsiz şadlıq hissləri hər cür xəstəliyi, hər cür bədbinliyi unutdurdu, yox etdi... Çünki Ali Baş komandımızın uğurlu hərbi-siyasi strategiyası, şəhidlərimizin canı, qaziərimizin qanı hesabına bizə böyük, çox böyük şadlıq nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı döyüşçülərimizə şəfa versin!..”

Bu duyğusal fikirləri Şuşanın erməni işğalından azad olunması münasibətilə Moderator.az-a açıqlama verən Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov söyləyib.

“Mən də bu 82 yaşımda bu böyük tarixi günü - Şuşanın azadlığını gördüyüm, bu sevinci yaşadığım üçün çox xoşbəxtəm... Bu xəbəri eşidən kimi Şuşada, Cıdır düzündə, o güllü-çiçəkli çəmənlərdə keçən uşaqlığımın xoşbəxt anları gözüm önünə gəldi... Etiraf edim ki, müzəffər ordumuzun Şuşanın, Laçının azadlığı uğrunda döyüşməsi xəbərlərini eşitdiyimiz bu son günlərdə mən həyəcan keçirirdim ki, birdən yenə hansısa kənar güc, ölkə məsələyə ciddi siyasi-diplomatik, yaxud müdaxilə edər, qələbə yürüşümüzün qarşısını alar. Çünki o müstəqilliyimizin hələ körpəlik çağı olan, ordumuzun ilk nizami birliklərinin yenicə formalaşdığı, iqtisadiyyatımızın zəif olduğu ağır günlərdə erməni qaniçənliyi, məkri, hiyləsi ilə yanaşı, işğalçı Ermənistana dayaq duran xarici güclərin də ikiüzlülüyünü, ədalətsizliyini, təhdidlərini öz üzərimizdə hiss etmişik... İllər boyu Qarabağ danışıqlarında bu təzyiqlərin olduğunu bilmişik... Ancaq bu gün, şükürlər olsun ki, 28 il sonra möhkəmlənən dövlətimizin, güclənən ordumuzun, bütün təhlükə və təzyiqlərə rəğmən Vətənin bir Baş Əsgəri kimi sinəsini qorxub-çəkinmədən, cəsarətlə irəli verən Ali Baş Komandanımızın, çox uğurlu siyasəti, eləcə də qardaş Türkiyə dövlətinin böyük mənəvi-siyasi dəstəyi sayəsində istər ermənilərin, istərsə də onlara dayaq durmaq istəyən güclərin xain niyyətləri baş tutmadı... Xalqımızın qədim, tarixi şəhərini, mədəniyyət, musiqi beşiyimizi işğaldan azad etdik, həm 1990-cı illərin Qarabağ savaşında, həm də indiki Vətən savaşında şəhid olanların ruhu şad oldu. Demək olar ki, Ali Baş Komandan, ordumuz yeni tariximizin ilk ən böyük cümləsini yazıb tamamladı... Bundan sonrakı Qarabağlı, vahid Azərbaycan Respublikasının yeni bir təkanla inkişafının ilk təməlləri atıldı... Bir daha Ali Baş Komandanımız başda olmaqla xalqımızı təbrik edirəm. Yeni qələbə müjdələri eşidək...” - deyə cabiq dövlət başçısı sevinc duyğularını ifadə edib.

Digər Dünya xəbərləri