04
Kasım
2020
18:34
88
36
46

İçimizdəki makronlar

İçimizdəki makronlar
Müharibə qalibləri var-yoxdan çıxaran prossesdir
Pyer Buast

Bizi isə müharibə yox, Qərb-Avropa dünyası, beynəlxalq təşkilatlar var-yoxdan çıxarmağa hər vasitə ilə çalışır. Ordumuzun Qarabağda nəinki uğurlu hərbi əməliyyatlar aparması, hətta əsgərlərimiz bircə addım irəliləməsi, yuxarıda qeyd etdiklərimi vahiməyə salır. Ona görə də əlehimizə yüzlərlə çağırışlar, tələblər edərək, qərəzli mövqelərini göstərirlər. Amma nədənsə dığalar döyüş teatrlarından uzaq olan Tərtər, Gəncə, Qəbələ, Bərdə və digər şəhərlərimizi bombardıman edərək yaşayış məntəqələrini viran qoyub, mülki vətəndaşlarımızı qətl edəndə humanitar atəşkəsdən, sülhən dəm vuran Avropa dövlətləri, beynəlxalq təşkilatlar qəbirsanlıq tısbağaları kimi mürgüləməkdədir. Sanki, beynəlxalq qanunlara hörmət və icraatı yalnız Azərbaycan öz öhtəliyinə götürüb. Ən böyük faciələrimizdən biri də odur ki, özlərinin bəyan etdikləri qanunları tapdalayaraq, bizə qarşı ikili standartdan çıxış edən Qərb-Avropa dünyasından hələ də Azərbaycanın haqq savaşının yanında olacağına, hərtərəfli dəstək verəcəyini gözləməyimizdir. 1992-ci ildə ABŞ-ın bizə qarşı qəbul etdiyi “907-ci Düzəliş” qanunu, ində Avropa dövlətləri əməlləriylə icra edir.
Dığaların döyüş zonalarından uzaq şəhərlərimizi raket atəşlərinə tutaraq, mülki əhalimizi qətl etməsinə Qərb-Avropa dövlətlərinin “tolerant” mövqe tutması səbəbsiz deyil. Mülki əhalinin qətl edilməsi onlar üçün ənənəvi haldır. Bunu tarixdə dəfələrlə sübut edib və etməkdədir.
II Dünya müharibəsi zamanı faşist, qaniçən, mizantrop adlandırdığımız almanlar XX əsrdə nə qədər çox qırğınlar töksə də, Avropa dövlətlərinə qarşı amansız mövqe tutmadı. Məhz bunun nəticəsiydi ki, əsir düşərgələrində sovet hərbi qulluqçularının başına olmazın oyunları gətiriləndə, ingilis, amerikan, fransız, belçikalı hərbi əsirlər gün ərzində vaxtı-vaxtında üç dəfə qida qəbul edir, vaxtaşırı hamamda çimir, yataq dəyişəcəkləri dəyişdirilir, hətta əyləncə mərkəzləri, kitabxanalara baş çəkmək, idman oyunlarına da vaxt tapırdılar. Lakin ingilis-amerikan HHQ-i bu humanistliyə müharibə zonasına daxil olmayan, hərbi sənayə müəssisələrinin yer almadığı Hamburq, Drezden, Şvaynfurt, Regensburq və digər alman şəhərlərini bombardmana tutub yerlə-yeksan etməklə cavab verdi. Nəticədə əksəriyyəti qadın, uşaq, qoca olmaqla on minlərlə günahsız almanlar məhv edildi. Hansı ki, Hitler istəsəydi sovet xalqının başına yağdırdığı milyonlarla ton bombaların yarısını İngiltərə, ABŞ, Fransa şəhərlərinin başına yağdırsaydı onlar çoxdan ağ bayraq qaldıraraq fürerin qarşısında diz çökmüşdülər.
Özlərini zadəgan hesab edən ingilislər müharibə zamanı hətta heç bir dövlətə qarşı iynənin ucu qədər də olsun təhlükə törətməyən, öz neytrallığını iki dəfə bəyan edən cırtdan San-Marinonu da bombardıman etməyə vaxt tapdılar. 26 iyun 1944-cü ildə London şəhərindən 28 dəfə kiçik olan cırtdan diyara 263 bomba atılır. Nəticədə ölkənin dəmiryol xətləri, yaşayış evləri, tarixi abidələri dağıdılır, 63 nəfər mülki insanın həyatına son qoyulur.
Bəşəriyyətin ən qanlı müharibəsi hesab edilən və 60 milyondan çox insanın həyatına son qoyan II Cahan savaşından sonra sülhdən, azadlıqdan, demokratiyadan, insan həyatının aliliyindən dəm vuran Qərb-Avropa dünyası nəinki müharibələri pisləyib, ondan maksimum qaçdı, əksinə üç qitədə yeni-yeni müharibə teatrlarının “afişa”larını dünyaya elan etdi.
ABŞ Latın Amerikasını qana boyamaq iştahından doymayaraq, Koreyada, Vyetnamda milyonlarla dinc sakini o dünyaya vasil etdi. İngiltərə, Fransa, Portuqaliya, Hollandiya “Qara qitə” başda olmaqla digər qitələrdə nəinki müstəmləkəçilik siyasətindən əl çəkdi, əksinə başqa adlar altında neomüstəmləkəçiliklərini həyata keçirdi. Mədəni fransızlar Əlcəzair, Mərakeş, Tunis, Seneqal, Madaqaskar, Sudan və digər məkanlarda gilyotinlərinin iti ülgücləri yüzminlərlə qeyri-fransızların boynunu vurmaqla, centlemen ingilislər Afrikada, Hindistanda, Sakit Okean adalarında dar ağaclarının möhkəm kəndirlərinin milyonlarla yerli sakinlərin boğulması, boyunlarının sındırılmasıyla qürur duyurdular.
1865-ci ildə Belçika taxtına çıxan II Leopold: “Bütün Avropa ölkələrinin çoxlu müstəmləkələri var. Dünyanı Britaniya, Fransa, Almaniya, Rusiya imperiyaları idarə etdiyi halda, Belçika balaca ölkə, az saylı əhaliyə sahibdir” deyərək, müstəmləkəçilik eşqiylə alışıb yanırdı. Tezliklə Belçika da, “Qara qitə”yə “gəzintiyə” çıxaraq özündən 77 dəfə böyük olan Konqonu işğal edir. Belçikalılar yerli sakinlərə qarşı ingilis, fransız həmmüstəmləkəçilərinin təcrübəsindən istifadə etməklə yanaşı, özlərinin yeni cəza metodlarını da həyata keçirdilər. Onlar əvvəlcə konqoluları öz plantasiyalarında həftə ərzində 40 saat heç bir əmək haqqı vermədən, məcburi əməyə cəlb etdilər. Sonralar məcburi əməyin müddəti ay ərzində 20-25 günə qədər artırıldı. Bu cür aşağılayıcı istismara qarşı çıxan yerli sakinləri ən yüngül cəza kimi lüt soyundurub hipopotan dərisindən hazırlanmış qırmanclarla qamçılayır, həbs edilir, ən ağır hallarda isə əlləri, cinsi orqanları kəsilir və digər xüsusi işgəncələr verilərək qətl edilirdi. Belçika əsgərləri hər sərf olunan güllənin hesabatını vermək üçün konqolunun kəsilmiş əlini təqdim etməliydi. 1960-cı ildə istiqlaliyyətini elan edən Konqo dövlətinin Baş naziri Patris Lulumba Belçika kralı I Boduyenə “Biz artıq sizin meymunlarınız deyilik” ifadəsi də avropalıların afrikalılara qarşı qeyri-insani münasibətindən xəbər verir.
Elə Yuqoslaviyanın süqutu zamanı serblərin 8 min bosniyalı müsəlmanlara qarşı soyqrım həyata keçirəndə, insan hüquqlarının aliliyindən dəm vuran Avropa İttifaqı, BMT-in Təhlükəsizlik Şürası hardaydı?!
Keçmişdən çox faktları işıqlandırmaq olar. Amma bugün başqa adlar altında Əfqanıstanda, İraqda, Liviyada, Somalidə, Suriyada, Yəməndə və digər ölkələrdə həyata keçirilən neomüstəmləkəçiliklərə diqqət etsək daha əyanilik olar.
Yuxarıda qeyd etdiklərimi nəzərə alsaq, başda Fransanın Przidenti Emanuyel Makron olmaqla bir çox Qərb-Avropa dövlətlərinin siyasi “elitaları”nın Türk-İslam dünyasına, o cümlədən də Azərbaycana qarşı qərəzli mövqelərinə təəccüblənməməliyik. Fransa dövlətinə görə 1,3 milyarddan çox müsəlmanın inancını açıq-aşkar təhqir etmək, 80 milyonluq türk xalqının rəhbərinin şəxsiyyətini alçaldan karikaturalar çəkmək, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərini bombardımanlarla terrora məruz qoyub qadın, qoca, uşaqların da yer aldığı 91 nəfərin qətlə yetirilməsi, 400 insanın yaralanması normal hal olduğu halda, Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad etməsi militarizmdir.
Ən böyük düşmənlərimiz nə Ermənistandır, nə Fransadır, nə Avropadır, nə Qərbdir, nə də digərləridir. Bizi Avropanın ayaqları altına atmağa hər vasitəylə çalışan içimizdəki makronlardır. Onlar kobra zəhəritək xalqın zehniyətini, iradə gücünü iflic edir.
30 ilə yaxındır “azadlıq”, “istefa”, “diktaturaya son”, “yaşasın demokratiya” ulayanlar, “Tofiq Yaqubluya azadlıq” bağıranlar hardadır? 8 Mart Qadınlar bayramını fahişələr yürüşünə çevirənlər, LGBT-yə azadlıq anqıranlar hansı dəliyə giriblər?! Milli və dini dəyərləri aşağılayaraq “dünyavilik”dən dəm vurub, palaz-palaz “məqalələr” yazan “islahatçı”ların boğazları və mürəkkəbləri niyə quruyub?!
Əgər böcək dozanqurdular acanda hər şeyin, o cümlədən nəcis ətrafında dövrə vurursa, yuxarıda qeyd etdiyim tör-töküntülərdə demokratiya qarderobuna girərək, Vətənin ağır günündə nəcis iyisi yaymaqla məşğuldurlar. Bu cür ikiayaqlı demokratik dozanqurdular yarıməsrdən çoxdur türk-müsəlman ölkələri başda olmaqla əksər dövlətləri sıradan çıxarmaqla məşğuldurlar.
Yozef Gebbels deyir: “Mən başımı yox, sifətimi itirməkdən qorxuram”!
III Reyxin Təbliğat naziri dediyinə sadiq qalaraq öz ideyasına, siyasi rəhbərinə olan sifətini dəyişmədi. Hətta, öz ailəsini də onun uğrunda qurban verdi.
Amansız tiranların, diktatorların əlləri milyonların qanına batsa da, bir sifətləri olur. Demokrat ideoloq-liderlər isə, milyon sifətləriylə “mələk” cildinə girib milyonlarla insanları degeneratlaşdırmağa, sterlizasiyaya məruz qoyur.
II Dünya müharibəsinin sonlarında Almaniyanın məğlubiyətinin qaçılmaz olduğu bir zamanda istər Qərb, istərsə də Şərq cəbhəsində düşmənə qarşı son damla qanına qədər savaşan generallar, zabitlər, əsgərlər içərisində fürerə, nasizmə rəğbət bəsləməyənlər az olmayıb. Onlara axı siz hitlerçi, nasist deyilsiniz, bu cür fanatikcəsinə vuruşmaq nəyə gərəkdir? deyə soruşduqda, “Wir kriegen für Vaterland. Deutschland über alles”! ( Biz vətən uğrunda savaşırıq. Almaniya hər şeydən ucadır) cavab verirlər.
Həmçinin Rusiyada Oktyabr inqilabından sonra mühacirət həyatı yaşamağa məcbur olan çar ailəsinə mənsub şəxslər, görkəmli ziyallılar, siyasi, ictimai xadimlərin bir çoxu Almaniyada da daxil olmaqla Avropa ölkələrinə səpələndilər. İstər Böyük vətən müharibəsindən əvvəl, istərsə də müharibə ərəfəsindən qeyd etdiyim rus mühacirləri qrupuna dəfələrlə III Reyxlə əməkdaşlıq təklif olunsa da, onlar:
“Biz bolşevizmə nifrət edirik, amma böyük anamız Rusiyanı sevirik. Ona görə də vətənimizin nüfuzuna xələl gətirəcək əməllərə qol qoymarıq” cavabıyla nasistlərlə əməkdaşlığı imtina edir.
Kimlərinsə, hansısa qrupların, klanların, partiyaların indiki Azərbaycan iqtidarına qarşı mübarizəsini, ikrah, nifrət hislərini başa düşmək olar. Bəs, Azərbaycanın ərazi bütövlülüyü uğrunda gedən bir vaxtda özlərini xalqın nümayəndələri, xalqın əsgərləri, xalqın partiyaları adlandıranların İsa Məsih kimi qeybə çəkilməsinə nə ad vermək olar?!
Əgər Hitlerə simpatiya bəsləməyən almanlar “Almaniya hər şeydən ucadır”, Stalindən xoşlanmayan ruslar, “faşist düşmənin başını əz”, Kastronu gözü götürməyən kubalılar “Kuba Libre” (Azad Kuba), Xomeynidən iyrənən iranlılar “məhv olsun iblis Səddam” şüarlarıyla dövlət başçılarının ətrafında birləşib düşmənə qarşı ölüm-dirim savaşına qalxıblarsa, biz niyə ölkənin legitim prezidenti olan, “Qarabağ bizimdir. Qarabağ Azərbaycandır”! deyən İlham Əliyevin ətrafında səfərbər olmamalıyıq?
Bizim ən böyük faciəmiz Qarabağı itirməyimiz yox, həmrəy ola bilməməyimizdədir. Məhz bunun nəticəsidir ki, öz tarixi torpaqlarımızla həmsərhədik.
Bugün bir qarış da olsa, torpağımızı qan tökərək geri alan rəhbər(lər)in ətrafında cəm olmalıyıq, o ki qaldı “Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik” söyləyən İlham Əliyev ola.
Müharibədən qalib çıxaraq zəfər paradı keçirmək hələ böyük qələbə deyil. Böyük qələbə, əldə edilən zirvələri hər vasitəylə, hətta ən amansız yollarla belə qorumaqdır.
Dövlət başçısının “biz özümüzü müdafiə etməliyik” ifadəsini xaricdəki düşməndən çox, sapı özümüzdən olan makronlara bağlı qulağımızdan sırğa etməliyik. O ikiayaqlı dozanqurdulara qarşı son dərəcə dözülməz, amansız münasibət göstərmələ tapdalamasaq, nəin ki, böyük zirvələri fəth etmək, hətta, bugün əldə etdiyimiz uğurları da itirəcəyik. Bundan da betəri daxildəki makronlar hürüb xaricdəki sahiblərini səsləməklə İraqın, Liviyanın, Suriyanın taleyini bizə də nəsib edəcəklər.
Dozanqurdular harda nəcis qoxusunu duyanda ona can atar, çaqqallar leş görəndə yüyürər, demokratlar-liberallar isə öz xalqına, dövlətçiliyinə qarşı yönələn torların genişləndirilməsi üçün alışıb yanarlar.

Abdulla İsmayıloğlu
“İctimai Xəbər Agentliyi”

Digər Dünya xəbərləri