04
Kasım
2020
12:05
88
36
24

Siyasətin “erməni ovçusu”nun əsl məqsədi

Siyasətin “erməni ovçusu”nun əsl məqsədiOrdunun düşmənlə uğurlu mübarizə aparmasının vacib şərtlərindən biri də arxa cəbhədəki vəziyyətdir. Vətəndaş həmrəyliyi, siyasi sabitlik, əhailinin yüksək əhval-ruhiyyəsi və qarşılıqlı etimad ön cəbhədə döyüşən əsgərə güc verir. Əgər ordunun maddi-texniki təminatı səngərlərdəki üstünlükdürsə, əhalinin qələbəyə inamı və milli birlik müharibənin mənəvi təminatını təşkil edir. Birinci Qarabağ müharibəsi zamanı bu yöndə ciddi problemlər yaşadığımız sirr deyil. Torpaqların itirilməsində bu faktorun neqativ rolu var idi. Siyasi pərakəndəlik, ümumxalq birliyinin olmaması, cəmiyyətin müxtəlif görüşlü siyasi qüvvələrə parçalanması əhalinin və ordunun müharibə hazırlığına təsirini göstərirdi.

İndi vəziyyət fərqlidir. Xalqın Ali Baş Komandana inamı, ordumuza dəstəyi və ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatların müharibədə vahid cəbhədən çıxış etməsi, hətta bu birliyə dair sənədin də imzalanması həmrəyliyin bariz nümunəsidir. Bu elə bir həssas dövrdür ki, cəmiyyətimizdə süni şəkildə yarana biləcək istənilən təxribat xarakterli dezinformasiya, şayiə və ya fikir ayrılığının fəsadları çox acınacaqlı ola bilər.

Əlbəttə, xalqımız bütünlüklə düşmənlə müharibəyə və dövlətimizə dəstəyə yönəlib. Ancaq hərdən elə aksiyalar da olur ki, xalqın içində etimadsızlığın yaranmasına yönəldiyi aşkar hiss edilir. Məsələn, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev yarım ildir ki, cəmiyyətimizdə “erməni ovu” və “ermənilərlə qohumluğu olan şəxslər”in axtarışına çıxmaqla aramıza nifaq toxumu əkməyə çalışır. Onun xüsusilə yüksək vəzifəli məmurlar və deputatları “hədəfə alması”, “erməni kökü olan şəxslər”i axtarması göstərir ki, Ə.Əliyevin addımları sadəcə olaraq onun siyasi naşılığı və ya bunu bilməməkdən etməsinə dəlalət edə bilməz. Bəs VİP sədrinin bu siyasi avantürası hansı məqsədlərə xidmət edir?

Ucuz populizmlə tanınan Ə.Əliyevin bu məzmunda olan bəyənatlarını son bir ilə yaxın müddətdə eşidirik. Siyasətin və informasiyanın içində olan hər kəs bu dövr ərzində Qarabağ cəbhəsində yeni müharibənin alovlana biləcəyini hiss edirdi. Ermənistanın ardıcıl təxribatları, hətta “yeni torpaqlar üçün yeni müharibə” şüarını səsləndirməsi göstərirdi ki, müharibə alovlanacaq. Bu fonda Ə.Əliyev israrla “erməni axtarışında” idi, bu prosesə sosial şəbəkələri və medianı da qoşmuşdu. Sosial şəbəkələrdə əhalinin belə həssas məsələyə cəld reaksiya verəcəyi sirr deyil. Yəni sosial şəbəkə vasitəsilə əhali arasında nifaq salmaq və dövlətə, onun məmurlarına inamsızlıq və şübhə atmosferini aşılamaq başlıca məqsəd ola bilərdi.

Güman etmək olardı ki, Ə.Əliyev bu niyyətindən müharibə zamanı əl çəkəcək. Ancaq onun bir müddət əvvəl jurnalist Kamran Həsənli ilə “youtube” kanallarından birindəki müsahibəsində yenidən mövzuya qayıtması adamda istər istəməz bu sualları yaradır: axı niyə məhz indi? Məqsəd nədir?

Digər Dünya xəbərləri