31
Ekim
2020
14:58
88
36
32

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verib

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı veribGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələrək Egey bölgəsindəki zəlzələ ilə əlaqədar Baş konsul Zəki Öztürkə başsağlığı verib. Görüşdə Gəncədən olan Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov da də iştirak ediblər.
Niyazi Bayramov bildirilib ki, Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələnin yol açdığı dağıntı və insan tələfatı Gəncədə böyük kədər və təəssüf hissi ilə qarşılanıb: “Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz iki dövlət olsaq da bir millətik. Xalqımız hər zaman dost və qardaş Türkiyənin yanındadır. Ölkə başçısı Prezdent İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu çətin anlarda öz qardaşlarına hər cür yardım göstərməyə hazırdır”.
Millət Vəkili Naqif Həmzəyev qeyd edib ki, qardaş Türkiyə hər zaman qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyəyə dəstəkdir: “Sizin kədəriniz bizim kədərimizdir. Arzumuz budur ki, tezliklə İzmirin göz yaşını Şuşanın işğaldan azad olunması xəbərilə ilə silək”.
Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilib, yaralılara Allahdan şəfa dilənib.
Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk öz növbəsində göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.
“İctimai Xəbər Agentliyi”

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verib
Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verib
Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verib
Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verib
Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verib

Digər Dünya xəbərləri