24
Ekim
2020
17:53
88
36
54

Fərhad Əhmədov Gəncədəki terror qurbanlarının ailələrinə yardım göndərib

Fərhad Əhmədov Gəncədəki terror qurbanlarının ailələrinə yardım göndərib












"AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov ermənilərin Gəncə şəhərində törətdiyi terror hadisəsi qurbanlarının ailə üzvlərinə yardım göndərib. Qarabağda döyüşlər zamanı Azərbaycan ordusuna uduzan ermənilər şəhər və rayonlarımızda yaşayan mülki şəxsləri, obyektləri atəşə tutmaqda davam edir. Ötən günlər ərzində Ermənistan ərazisindən Gəncə şəhərinə bir neçə dəfə raket atılmış, nəticədə çoxlu saylı insan ölmüş və xəsarət almışdı. Azərbaycan xalqının tarixi düşməni olan ermənilərin mülki vətəndaşlara qarşı törətdiyi bu terror hadisələrini qətiyyətlə pisləyən Rusiyada yaşayan tanınmış Azərbaycanlı iş adamı, "AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda döyüşən ordumuza, yaralı əsgərlərə, eləcə də Gəncədə törədilən terror hadisələri zamanı həlak olan və xəsarət alan şəxslərin ailələrinə yardım edib.
Bununla əlaqədar "AzNar" QSC-nin Baş direktoru Teymur Əhmədov Gəncəyə səfər edib, raketin düşdüyü ərazidə terror qurbanlarının xatirəsini yad edib, sonra yas mərasimlərində iştirak edib, həlak olan şəxslərin ailə üzvlərinə baş sağlığı verib. Xəsarət alan şəxslərə baş çəkən Teymur Əhmədov onlara Allahdan şəfa diləyib. Ölən və xəsarət alan şəxslərin ailələrinə "AzNar" Şirkətinin maddi yardımı, geyim əşyaları və ərzaq malları verilib.

"İctimai Xəbər Agentliyi"

Digər Dünya xəbərləri