24
Ekim
2020
14:38
88
36
49

TERRORÇU ERMƏNSTANA AR OLSUN !

TERRORÇU ERMƏNSTANA AR OLSUN !Ötən gündən etibarən sosial şəbəkələrdə üzərində #stoparmenianaggression (erməni aqressiyasına son) həştəqi yazılan bala ca qızcığazın fotosu yayılıb.
Xəbər verir ki, kampaniya məqsədilə hazırlanmış “cover”in dünən, 16:00-dan etibarən 72 saat müddətinə bütün sosial şəbəkələrdə profil şəkli kimi istifadəsi təklif olunub.
Məqsəd Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına və Gəncəyə edilən terror hücumlarına dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.
Kampaniyanın gedişində azyaşlının kimliyi də müzakirə mövzusuna çevirilib, onun Azərbaycan vətəndaşı olmadığı iddia olunub.
“Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudovanın instaqramdakı paylaşımından sonra məlum olub ki, həmin qız azərbaycanlıdır və kampaniyanın siması seçilən balacanın adı Elanurdur. Azyaşlının instaqram səhifəsində qeyd olunub ki, onun atası Türkiyə, anası Azərbaycan vətəndaşıdır.

Almaz Yaşar
“İctimai Xəbər Agentliyi”-nin direktoru

Digər Dünya xəbərləri