22
Ekim
2020
12:14
88
36
42

VUR DEDİ, VURDUM

VUR DEDİ, VURDUM


























Abil İslam

VUR DEDİ, VURDUM

Barmağım tətikdə, gözüm dörd görür,
Vətən keşiyində vicdanla durdum..
Yurdumda üstümə quduz it hürür,
Ali Baş Komandan vur dedi, vurdum !
XXX
30 - İl gözlədik, ədalət deyib,
Ədalət carçısı neçə don geyib.
30 - ildir düşmən ömürdən yeyib,
Ali Baş Komandan vur dedi, vurdum !
XXX
Atəşkəs deyibən atdı dığalar,
İtin kölgəsində yatdı dığalar.
Qonşuluğa haram qatdı dığalar,
Ali Baş komandan vur dedi, vurdum !
XXX
Yurdumda yallanıb, yurdumda yatdı,
Əli millətimin qanına batdı.
Qudurub hər yana bombalar atdı,
Ali Baş Komandan vur dedi, vurdum !
XXX
Gördü türk oğlunun cəsarətini,
Gəbərtdik minlərlə itin itini.
Qovuruq torpaqdan it millətini,
Ali Baş Komandan vur dedi, vurdum !
XXX
Biz yerdə qoymarıq şəhid qanını,
Söküb odlayarıq düşmən canını.
Nikol şüvən salıb, cırır donunu,
Ali Baş Komandan vur dedi, vurdum !
XXX
Biz azad edirik şəhər, kəndləri,
Yerlə yeksan olur düşmən bəndləri.
" Hay " ın boğazında Türk kəməndləri,..
Ali Baş Komandan vur dedi, vurdum !




Abil İslam

Z Ə N G İ L A N I M

Gözəl Mis göl şəlaləsi,
Bəsit çay, Süsən meşəsi.
Bağça - bağ bülbül nəğməsi,
Bir cənnətdir Zəngilanım.
XXX
Daş başından lalə - nərgiz,
Yığıb çələng hörmüşük biz.
Tərif yazdıq sənə, sənsiz,
Bu hörmətdir, Zəngilanım.
XXX
Vənni bulaq, Güllü zəmi,
Seyrinə yığar aləmi.
Turş su neçə dərd məlhəmi,
Təbabətdir Zəngilanım.
XXX
Baharın tər bənövşəsi,
Sərindir Çinar meşəsi.
Şairlərin xatirəsi,
Məhəbbətdir, Zəngilanım.
XXX

Gözümüzdə sevinc yaşı,
Qeytdir Koroğlu daşı.
Bərgüşadçaydır sirdaşı,
Əzəmətdir Zəngilanım !

"İctimai Xəbər Agentliyi" MMC

Digər Dünya xəbərləri