19
Ekim
2020
12:42
88
36
58

Namiq Atabəyli: “Erməni faşizminin sonu- Nikol Paşinyan”

Namiq  Atabəyli: “Erməni faşizminin sonu- Nikol Paşinyan” Namiq Atabəyli
(Avrasiyayönümlü yazıçı-publisist)
Erməni faşizminin sonu- Nikol Paşinyan
1
Soros Fondunun Qafqazda ikinci narıncı lideri Nikol Vova oğlu Paşinyanın 2018-ci ilin 8 mayında üçrəngli Bayrağın fonunda Ermənistan Respublikasının Baş naziri seçilməsi ilə çoxları elə başa düşdü ki, bundan belə Qafqazda nəsə ciddi siyasi dəyişikliklər start götürəcək. Baş tutmamış hüquqşünas Saakaşvili təcrübəsini hansısa jurnalist Paşinyan cəhdi uğurla başa çatdıra bilər?! Amma bu fikirdə olanlar bir şeyi unutmuşdular: 8 may (1992-ci il) Azərbaycan Respublikasının qədim mədəniyyət mərkəzi Şuşanın erməni faşistləri tərəfindən işğal günüdür. Bu isə əvvəl başdan Qərbin Qafqazdakı növbəti “Nikol Paşinyan demokratiyası”na ümid bağlayanlara az şey demirdi?!. Sonuncu “Qarabağ müharibəsi” bunu təsdiqlədi.
Ermənistanda narıncı inqilabın ilk günlərindən bəlli olan bu idi: Nikol Paşinyanın erməni faşizminin bədnam liderlərinə qarşı, o cümlədən Robert Köçəryan və Serg Sərkisyanla şəxsi ədavəti vardır.
Siyasi rəqibləri tərəfindən illərlə həbsxanalara atılmış Paşinyan hakimiyyətə keçən kimi, ilk öncə, “korrupsiyaya qarşı mübarizə aparmaq” niyyətini qəti şəkildə ortaya qoydu. Hakimiyyətinin ikinci ilində MDB ölkələri arasında “Korrupsiya indeksi” üzrə Ermənistanın müsbətləşmə mövqeyi 35 baldan 42 bala qədər yüksəldi və beləliklə o, mənfi göstəriciləinə görə 105-ci yerdən 77-ci yerə qalxdı.
Əlbəttə, bu irəliləyiş keçmiş jurnalist N.Paşinyanın “Qarabağ münaqişəsi” formatına salınmış 30 illik müharibənin həllində nə isə müsbət dəyişikliklərə imza atacağına ümidləri bir qədər də artırdı. Amma gözləntilər özünü doğrultmadı. Nə üçün?
Məlumdur ki, Qafqazın bütün son 30 illik siyasi həyatı “milli-etnik münaqişələr” burulğanından gəlib keçmişdir.
Ermənistan Respublikasının “Qarabağ münaqişəsi” formatına salınmış 30 illik işğalçılıq müharibəsi ilə bağlı Rusiya Strateji Tədqiqatlar İnstitutunun “Проблемы национальной стратегии” jurnalının 2015-ci il (№-2(29) sayında “İnstitutun hesabatları” baş yazısının “Azərbaycan” bölməsində oxuyuruq: «Азербайджан нужен ЕС для полноченной европейской интеграции, главным образом для того, чтобы вытеснить Россию из региона.» (səh.:42)
Deməli, rus strateqlər “Qarabağ münaqişəsini” ilk başdan Azərbaycanın Avropa İttifaqına girişinə qarşı qoyulmuş “açar” hesab etmişlər. Digər maraqlı məqam da var: “Перед Европы стоит и другая важная задача- ослабив Россию, не допустить чрезмерного усиления Турции в регионе Южного Кавказа.” (səh.: 43). Hesabat müəlliflərinin fikrincə, Avropa məkanında Azərbaycanın əsas idxal və ixrac tərəfdaşları İtaliya, Almaniya, Fransa və Böyük Britaniyadır. Sual doğur: onda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün işğalçı Ermənistan Ordusu ilə apardığı ədalətli müharibəyə qarşı Fransa rəhbəri Makronun anti-Azərbaycan mövqeyi nədən qaynaqlanır?.. Mənim yuxarıda gətirdiyim statlar bu “müəmmaya” aydınlıq gətirir: “ослабив Россию, не допустить чрезмерного усиления Турции в регионе Южного Кавказа.”
Nikol Vova oğlu Paşinyan Qədim Roma müəlliflərinin tarixi əsərlərində “erməni ikiüzlüyü” barədə yazılmış xüsusiyyətlərdən xali deyil. Bu mənada, o da Azərbaycana münasibətdə ikiüzlü siyasət yürüdən Avropa siyasətçilərindən heç nəyi ilə fərqlənmir. Narıncı inqilabın “erməni fiquru” tarixdə istisna deyil. Deməli, sələflərinə və xələflərinə çəkmişdir...
Yerevan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika bölməsindən elmi müəssisənin kommunist rəhbərliyini cəsarətli tənqidlərinə görə son kursdan qovulmuş Paşinyan, bir çox başqaları kimi, 1988-ci ildə İcevan şəhər 1№-li orta məktəbdə hələ şagird ikən üzdəniraq “Qarabağ hərəkatı”na üzv olmuş, müxtəlif tətil və nümayişlərdə fəallıq göstərmişdi... “Qarabağ hərəkatı” məhvə məhkum Kommunist rejiminin “demokratik demontajlar”ının Qərblə razılaşdırılmış ilk üzdəniraq dalğalarından biri idi. Polşada “həmrəylik” (solidarnost), Baltikyanı ölkələrdə “əməkdaşlıq” və s. tipli hərəkatların sırasında Ermənistanın sistemdağıdıcı icadı məhz “Qarabağ oyunu” sayılırdı. Bu icadın “baniləri”- Mixail Qorbaçov, Aqambekyan, Şahnazarov və başqaları yəqin ki, yaddan çıxmamışlar.
Azərbaycan Xalq Cəbhəsi fəallarının (Tofiq Qasımovun başçılığı ilə) Riqada keçirilmiş anti-Rusiya “xalqcəbhələri” konfransından sonra, erməni faşistləri gözləmə mövqeyində duraraq, “Azərbaycan cəbhəsi”nin Kreml əleyhinə şüarlarının səslənişini bir qədər gözləməli oldular. Bakının keçmiş Lenin Meydandan Moskva əleyhinə bəyanatların gur çağında Yerevan cəbhəçiləri Rusiya ilə öz xalqının və ölkəsinin ayrılmazlığını və əbədi birliyini elan etdilər... Deməli, Paşinyan da məhz bu “yoldan keçib” yetkinliyə çatmışdır. Mərəzin kökü də burdadır.
Onun 90-cı ilin sonunda və 2009-2010-cu ildə jurnalist fəaliyyətləri ilə əlaqədar “həbsləri” təxminən Nemət Pənahlının ötən əsrin 80-90-cı illərindəki Meydan “həbs”lərini xatırladır. SSRİ-nin iflasından sonra biz postmodern bir zamanədə yaşayırıq: bu dövrdə “qəhrəmanlar” yetişmir, əsasən, yetişdirilirlər.
Nikol Paşinyanın 2018-ci ilin 13 aprelində Serj Sərkisyanın Baş nazir seçilməsi əleyhinə keçirdiyi “aksiyalar” onun bir demokrat kimi “Qarabağ cəlladları” ilə əqidə davası deyil, “stol savaşı” idi. Təbii bir sual doğur: bəs bu tipin necə bir “demokrat” olması Soros Fonduna məlum deyildimi?..
Əgər yadınızdadırsa, Yerevanda “demokratiya yürüşləri” fonunda Baş nazir cəllad Sərkisyan narıncı hərəkat lideri Paşinyanı azadlığa buraxdıraraq, vəzifəsindən istefa verkən demişdi: “Nikol Paşinyan haqlı idi. Mən səhv etmişəm...”
Gəlin, bu “etirafın səmimiyyətini” bir yana atıb, səbəbləri üzərində düşünək. Köçəryanlar, Sərkisyanlar məktəb uşağı olan Paşinyanların da cəlb edildiyi üzdəniraq “Qarabağ münaqişəsi”nin Qaynar xəttinə necə və nə üçün gəlib düşmüşdülər?.. Erməni faşizminin mahiyyəti də sonda məhz bu sualın cavabına bağlıdır.

2
Kimsəyə sirr deyil ki, SSRİ-nin dağıdılması posindistrual epoxaya qədəm qoymuş problemli dünyamızı yeni problemlərlə üz-üzə qoydu. Qlobal işsizlik və iqtisadi xaoslar yaşayan Qərb bu tarixi fürsətdən yararlanmaq yolunu tutdu. Birdən-birə planetar ölçüdə “qaçqınlar-köçkünlər” problemi, tiranların devrilişi, sui-qəsdlər, terrorla mübarizə hərəkatları baş qaldırdı. Qərb problemin tam ortasında ikən “demokratiya” ixracına başladı. İndiyədək totalitar sistemlərdə yaşamış keçmiş “kommunist” və “komsomolçu gənclər” sürətlə “demokrat” cildinə büründülər. “Xalq cəbhələri” tipli bidətçilik hərəkatları KP və çekistlərlə gizli ittifaqda qüruba enən Dövlətin maddi soyxasına (kommunizmin mənəvi mirasına yaxın durmadan) sahiblənmək məqsədilə Qərb demokratlarının “demokratik layihələrinin” könüllü icraçılarına çevrildilər.
Bu cür saxta “demokrat” qlablı erməni neofaşistlərinin məlum üzvləri- Zori Balayan, Silva Kaputkyan, Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyanlar sırasında hələlik çox kiçik görünən “məktəbli Paşinyanların da” yer alması təbii idi. Atalar demiş: saxla samanı, gələr zamanı.
Əlbəttə, 30 ildən sonra Paşinyanın da samanlığı işə düşdü. 8 may 2018-ci ildə Vovanın oğlu Erməni dövlətində Baş Nazirliyə qədəm qoydu. Nikol Paşinyanın da qarşısında hələ ötən əsrin sonlarında bütün dünyanı bürümüş qlobal problemlər dayanmışdı... Bunların həlli yolları Roma Klubunda da hələ heç kəsə aydın deyildi. Bəs Vovayeviç nə etməli idi?.. Təbii ki, yeganə bir asan yol vardı: Azərbaycan Respublikasını ərazi bütövlüyünə qarşı illərlə sürən işğalçı müharibəni davam etdirmək.
Dahi Nikola Makiavelli “Hökmdar” əsərində yazırdı: “Hökmdar müharibədən, hərbi sərəncamlardan və hərbi elmdən savayı heç nə ilə məşğul olmamalı, başını digər fikirlər, qayğılar, işlərlə yormamalıdır. Çünki yalnız Müharibə yeganə sahədir ki, hakimiyyət öz məsuliyyətini ölkədə başqalarının üzərinə yıxa bilir...”(Seç. əsərləri. Moskva-1982, səh.: 342).

(ardı var)

“İctimai Xəbər Agentliyi” MMC










Digər Dünya xəbərləri