19
Ekim
2020
12:28
88
36
30

Qəhrəman şəhərin, mubariz rəhbəri!

Qəhrəman şəhərin, mubariz rəhbəri!










Salyan rayonu məlum Vətən müharibəsində, Şəhid və yaralı sayına görə, öndə olan rayonlardandir. Bu nə qədər ağır olsa da, bunu fəxrlə yazıram. Salyanda daim vətənpərvərlik ruhu yüksək olub. Bunu tarixi faktlar deyir.
Hazırda ölkədə iki tərəfli müharibə gedir. COVİD-19 və mənfur ermənilərlə Vətən müharibəsi. Rayonlarımızda oldugca gərgin iş rejimi hökm sürməkdədir.
Salyan rayonunun başçısı Sevindik Hətəmov bütün bu gərginliyə oldugca mətinliklə sinə gərib. Əgər desəm ki, 27 sentyabrdan bu insan xidməti avtomobilində yaşayır, inanın yalan olmaz. Şəhid dəflnləri, xəstəxanadakı yaralılara hər gün dəfələrlə baş çəkmək, rayonun başqa problemlərini anında həll etmək, bütün bunlar kənardan asan gəlsə də, bir insan üçün oldugca çətindir. Şəhid dəfnlərində, özüm şahidəm ki, göz yaşlarını saxlaya bilmir. Şəhid valideynlərindən az yanmır bu itkilərə. 15 oktyabrda Salyanın Markalı kəndindəki Şəhid dəfnində, Şəhidin atasını necə qucaglayib, necə ağladığını yəqin ki, səndəki minlərlə insanlar hamısı gördü.
Qəhrəman şəhərin rəhbəri olmağ əlbəttdə hər məmurun, hər insanın bacaracagi iş deyildir. Hər vətəndaşın yanında anında olmağı bacarmaq Sevindik Hətəmovun ən gözəl xüsusiyyətlərindəndir. 15 oktybar Salyan rayonunun Qaraçala qəsəbəsindəki Şəhid dəfninə, necə yuyrərək gəldiyini gördükdə, adam bu insandakı, vətən, xalq məhəbbətinə heyran qalır.
P. S. Vaxtilə bir şərəfsiz var idi. Salyanın adından çıxışlar edirdi. Yazdığım faktlar, cəmi bir günün olanları idi. Bəs burdan Almaniyaya informasiya oturənlərlər, bu olanları niyə isiqlandirmirlar. Salyan rayon tarixində bəlkə də yeganə icra başçısı kimi adi insanların qəlbinə əbədi həkk olunacaq insan Sevindik Hətəmova bu gərgin iş rejimində uğurlar arzulayıram. Sevindik müəllim, inşallah Ordumuz zəfər çalar, sizində bu əziyyətiniz, doğma ata-baba torpağının, Laçında qurub yaratmağa əvəzlənər. Allah Sizi qorusun.

Şeyx Babaoglu
“İctimai Xəbər Agentliyi” MMC

Digər Dünya xəbərləri