05
Ekim
2020
18:51
88
36
14

AZƏRBAYCAN BAYRAĞI

AZƏRBAYCAN BAYRAĞI


















Namiq Atabəyli

AZƏRBAYCAN BAYRAĞI
marş

(Vətənimizin 30 ildən bəri Ermənistan işğalında olan Qarabağ torpaqıarının azad edilməsi uğrunda vuruşan müzəffər ordumuzun Ali Baş komandanı İlham Heydər oğlu Əliyev cənablarına ithaf olunur. )

Ey mənim şah zirvələrdən əsla yenməz Bayrağım!
Ey mənim səcdeyigahım, pak, müqəddəs Bayrağım!

Dünyada, ey əbədiyyən nurlu sönməz bir Günəş,
Lacivərd göy, yamyaşıl yer, Tanrı nəfəs Bayrağım!

Sən Azadlıq harayımsan, Milli dövlət amalım,
Ürəyimdə eşqi-həyat, arzu, həvəs, Bayrağım!

Səni başa qaldıran bir ilk günümdən başlayır,
Bəşəriyyət içrə tarix, Kövni-ələst, Bayrağım!

Babadağım, Savalanım, öz Səhəndimsən mənim,
Ana Göygöl, Şuşa, Xankənd, Gəncə, Kəpəz: Bayrağım!

100 İlliyim, 1000 İlliyim, baqiliyimsən mənim,
Sən nəsillər yürüşümə yürü, tələs, Bayrağım!

Nəqarat:
Can! Ey əziz Ümummilli, ali cahan Bayrağım!
Şanlı, məğrur, uca, ülvi Azərbaycan Bayrağım!
***

Səndən ötrü keçməsə kim öz canından: düşmənim!
Eldən ötrü keçər candan ər oğullar, Vətənim!!

Ağaoğlu, Məmmədəmin, Məniçöhr , Eldəniz...
Heydərimsən, tariximsən, qürurumsan sən mənim!

Nizamimsən, Füzulimsən, Üzeyirimsən, Səmədsən,
Sən Azadlıq istəyimsən, şeyri-sənət məxzənim.

Qorqud Atam, Qazan Xanım yol açıblar Turana,
Hansı qəlbdə sevda ki var, oradadır Ötkənim!!

Bütün İslam yollarında uca Turan izim var:
Allah elçisini görüb şanlı Bək Düz Yəmənim!

Əhrimənlər torpağıma basa bilməz bir ayaq,
Mərd ərənlər oylağıdır Odlu Yurdum- məskənim!

Cənnətimsən, qucağında tapmışam ilk pərvəriş,
Təkcə sənsən dünyada öz beşiyim, öz mədfənim!

Dayanıbdır keşiyində şanlı ordum müsəlləh,
Yaşa! Yaşa!- sənə deyir mənim bütün evrənim.

Davalardan-davalara hər zəfərim sənindir:
Qazi olsam sancağımsan, şəhid olsam kəfənim!!

Nəqarat:
Can!! Ey əziz Ümummilli, ali cahan Bayrağım!
Şanlı, məğrur, uca, ülvi Azərbaycan Bayrağım!


AtaTv.az Xəbər portalı
“İctimai Xəbər Agentliyi” MMC

Digər Dünya xəbərləri