22
Eylül
2020
16:00
88
36
33

ŞƏHİD ABİDƏSİ OTLAĞA ÇEVİRLİB

ŞƏHİD ABİDƏSİ OTLAĞA ÇEVİRLİB

26 ildən çoxdur müharibə şəraitində olan məmləkətimizdə, eləcə də hal-hazırda cəbhə xəttində atışmaların getdiyi, şəhid verdiyimiz bir vaxtda, Yevlax şəhərinin Havarlı kəndinin orta məktəbinin həyətindəki şəhidlərin abidəsinin ətrafı inək otlağına çevriliv. Deyilənlərə görə orda otlayan inək həmin məktəbin direktor müavini İlham (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxsindir. Bu şəkillər və video "facebook" sosial şəbəkəsində "Mingəçevir həqiqətləri" adlı profil tərəfində paylaşılıb. Görəsən adı çəkilən məktəb direktorunun müavini otlaq ilə məktəb həyətinndəki şahidlər abidəsinin ətrafını səhv salıb yoxsa torpaq uğrunda şəhid olan oğullarımızın ruhuna qarşı bu cür hörmətsizlik etməkdən zövq alır?! Ağır günlərimizdə bu cür hörmətsizliyin baş alıb getməsi Azərbaycan dövlətinə, xalqına, qan yaddaşına, əsgərinə, şəhidinə qarşı ən böyük hörmətsizlikdir. Odur ki, aidiyatı qurumlar ictimailəşdirilən bu xoşəgəlməz hadisəni ciddi araşdırmalı və dözümsüzlük göstərərək tədbir görməlidir.

Abdulla İsmayıloğlu
AtaTv.az


Digər Dünya xəbərləri