21
Eylül
2020
13:59
88
36
43

Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı...

Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı...


















Namiq Atabeyli
(Фараджов Намиг Рашидович)
(Писатель-евразиец, бывший военный офицер СССР, бывший консультант службы пресс-секретариата Президента Азербайджанской Республики, автор исторических романов, поэт, верлибрист-теоретик, литературный критик)


Христианская история Атабеков: славянская и армяно-
григорянская идентификация туркских кипчаков…

Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və
erməni-qriqorian özünütanımı...

İKİNCİ HİSSƏ

1

Özünün bütün yaradıcı enerjisini müxtəlif dilli və dinli xalqlar arasında paylayaraq, qeyb olmuş bir xalqa və ölkəyə – Qıpçaq və Dəşti-Qıpçaq dünyasına tarixi bağlantısını saxlamış nəsillərdən biri mənim Atabəylər nəslimdir. Bu gün müxtəlif ölkə və xalqlar, din və tarixlər bizi bir-birimizdən nə qədər uzaqlaşdırsa da, Atabəyli olaraq, Qıpçaqlıq identifikasiyasını itirmədiyimizi düşünürəm. Həqiqət insanın əli çatmayacağı qədər uzaqlıqdadır. Ancaq böyük və üstün olan az sayda insan Həqiqətin nuruna qovuşmuşdur. Həqiqət bütün dinlərin və köhnə sirrlərin əsas dayanağıdır. Kainatda canlıların ən mükəmməli və alisi olaraq yaradıldığına inandığımız insan əsrlər öncə ağlı və bilgisi ilə onu yaradan gücü dərk etmədən öncə özünü anlaması gərəkdiyini kəşf etmişdir. Necə ki, Pifagorun ezoterik fəlsəfəsinin verdiyi Delf Məbədinin girişində yazılan ‘’Özünü bil’’ kəlməsi, 3000 illik kosmik sirrə aid vacib bir nüansdır.
İnsan olaraq məqsədimiz Həqiqəti axtarmaqdır…
Hacı Bəktaş-ı Vəli axtarılan həqiqətlə bağlı, görün, nə demişdir:
Hərarət nardadır, sacda deyil,
Kəramət başdadır, tacda deyil,
Hər nə arar isən, özündə axtar,
Qüdsdə , Məkkədə, Həccdə deyil.

2

Qafqaz məkanı bir Avrasiya zonasıdır və onun Avroatlantikaya transfer edilməsi cəhdi bir xülyadır. Məncə, Qarabağ uğrunda silahlı toqquşmaların əsas zəmini sayılan uydurma “Qarabağ münaqişəsi”nə yalnız bu rakursdan baxaraq, onu erməni və azəri xalqlarının dostluq və qardaşlığının yeganə Ortaq nöqtəsi kimi yanaşmaqla həll etmək mümkündür. Digər yolların hamısı qanlı savaşların davam etdirilməsi deməkdir.
Son iki yüz ildə Tarixə yamaq vurularaq, yaradılmış saxta Erməni-Türk düşmənçiliyi haqqında iddialar xəstə və çürük düşüncələrin məhsuludur. Bunu Rusiya da daxil edilməklə, neçə-neçə xalqın içərisində yaşayan qan bir-din ayrı Qıpçaq Atabəylərinin varlığı təsdiqləyir.
Mən aşağıda müasir dünyamızın ən kübar elit nəsillərindən biri olan Atabəylərin Ermənistan, Azərbaycan, Türkiyə, Rusiya və ABŞ-da yaşayan nümayəndələrini xatırlatmaq istəyirəm:
Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı... 1.Boka Bakinski (-Boris Arkadyeviç Davidyan. Dünya şöhrətli erməni şanson). Mən yuxarıda Qıpçaq Xristian dövlətinin padşahları arasında üçünün bir-başa “Boka” ismini daşıdığını və 1268-1668-ci ilərdə hakimiyyət sürmüş bütün bu sülalənin qıpçaq Bokaların nəsli olduğunu əyani şəkildə göstərmişəm. Bokanın ifasında “Bu qala daşlı Qala” xalq mahnısını Azərbaycan müğənnilərindən hələ heç belə koloritli və gözəl ifadə etməmişdir. Erməni dinində olmaq və erməni dilində danışmaq Bokanı qıpçaq-məsihi kökündən ayırmır. Ən azından onun Bakı məhəbbəti götürdüyü tarixi ismin halallığından soraq verirdi.
Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı...2. Aleksandr Atabekyan. 1868-ci ildə Şuşada anadan olmuş, 1933-cü ildə Moskvada vəfat etmişdir. XII əsrdə Arran vilayətinin dağlıq hissəsində Atabəy Şəmsəddin Eldənizin və oğullarının dəstəyi ilə bərpa edilmiş və vəqf torpaqları ilə möhkəmləndirilmiş Gəncəsar monastırının rəhbərliyinə gətirilmiş Həsən Cəlalyanın nəslindən hesab edilir. XX əsrin əvvəllərində anarxizm nəzəriyyəsinin ən böyük xadimlərindən biri olmuşdur. İxtisasca həkim idi. Qısa müddət erməni sosial-demokratlarının “Qınçaq” partiyasına daxil olmuş, lakin tezliklə ordan uzaqlaşaraq, Anarxizm yolunu tutmuşdur. 1917-ci ildə xalqları Sosial-demokratik inqilaba deyil, Dövlətçiliyə qarşı çıxan Anarxist sosial inqilaba çağırmışdır.

Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı...3.Hüsaməttin Atabeyli (1922-2014). Uzun illər Türkiyə Cümhuriyətində nazir və millət vəkilliyi etmişdir. Eyni zamanda yazıçılıq etmiş, hüquq və siyasət adamı olmuşdur. Ən məşhur əsəri “Pəncərəmdən gördüklərim” kitabıdır.


Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı... 4.Süleyman Dəmirəl (1924-2015). Türkiyənin İsparta vilayətinin Atabeyli elçəsinin İslamköy kəndində doğulmuşdur. Məzarı da Atabəydədir. Beş dəfə bu ölkənin Baş naziri olmuş və 1993-2000-ci illərdə isə Türkiyənin IX Prezidenti vəzifəsində çalışmışdır. Türkiyə-Azərbaycan dostluq əlaqələrində xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmiş, AMEA-nın Fəxri üzvü seçilmişdir.

Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı... 5.Namiq Kamal. Osmanlı dövlətinin ən böyük şairi, jurnalist, nasir, tərcüməçi və ictimai-siyasi xadimdir. “Gənc osmanlılar” cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Dərc etdiyi “Azadlıq” (Londanda), “Təlimat” (İstanbul) qəzetlərində ölkədə konstitusiyon ideyaların yayılmasında böyük tarixi rol oynamışdır. 1876-ci ildə ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. “Əli bəyin sərgüzəştləri” (1876), “Gəzmi” (1880) kimi əsərləri ilə Türk ədəbiyyatında roman janrının əsasını qoymuşdur.1885-ci ildə yazdığı “Cəlaləddin: Xarəzm şahı” tarixi dramı ilə dünya ədəbiyyatında Monqol-tatar işğalına qarşı ilk bədii əsəri yazmışdır. Kökəni etibarilə Türkiyədəki Atabəylilərdəndir. Hal-hazırda Kostomananın Atabeyli köyündə onun adını daşıyan bir məktəb vardır.
Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı...6. Sinəm Atabeyli. Türkiyə Cümhuriyyətinin istedadlı gənc xalq musiqisi ifaçısı Sinəm bəyimin oxuduğu mahnıları mən erməni Atabekyanların Moskvada ifa etdikləri ecazkar musiqilərdən əsla fərqləndirmirəm.
Musiqi və nəğmələrin dili ürəklərdir. Musiqiyə tərcüman lazım deyil. Necə deyərlər: “Həqiqət - təkdir, yəni uniquedir. Gerçək isə çoxdur, lakin eyni həqiqətin dəyişdirilmiş görüntüsüdür. Şəfəq bir həqiqətdir, onun rəssam tərəfindən çəkilmiş rəsmi isə bizim ondan çıxardığımız bir gerçəkdir. Öz gerçəyimizi özümüz yaradırıq. Hər şey bizim seçimlərimizə bağlıdır. Savaş istəyiriksə savaş, barış istəyiriksə barış, məhəbbət istəyiriksə məhəbbət, dava istəyiriksə dava, sevgi istəyiriksə sevgi…”
Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı...7. Rusiya imperiyasının “ruslaşmış” qıpçaq-xristian sərkərdələri: Generalissimus Aleksandr Vasilyeviç Suvarov (1730-1800) və general-feldmarşal Mixail İllarionoviç Kutuzov (1745-1813).
Aleksandr Suvarov . Yeddi böyük müharibədə iştirak etmiş, apardığı 60 döyüşdə zəfər çalaraq heç vaxt məğlub olmamışdır. Suvarovların nəslini isveç kökənli hesab edirlər. Guya onlar çar Mixail Fyodoroviçin vaxtında Rusiyaya köç edərək, vətəndaşlıq almışlar. Əlbəttə, bu sübut olunmamış bir iddiadır. Lakin onun anası Yevdokiyanın qızlıq familiyası “Manukova ” olmuşdur. “manuk ” sözü qədim Qıpçaq dilində oğlan uşağına deyilirdi. Deməli, bu onun, ən azından, ana tərəfdən, qıpçaq-ermənisi olduğunu sübut edir. Digər tərəfdən, onun ata familinin “Suvar” leksik kökü tamamilə Qıpçaq-türk sözüdür, bu sözün isveç dilinə heç bir aidiyyəti yoxdur. Bildiyimiz kimi, Volqa-Kama Bulqariyasında qıpçaq-suvarları tərəfindən salınmış qədim Suvar şəhəri 1236-cı ildə monqol-tatar yürüşündə tamamilə dağıdılmışdı. Suvar şəhərində güclü sənətkarlıq və ticarət inkişaf etdiyindən, onlar uzun illər İran, Şirvan, Xarəzm, Bizans, Gürcüstan, Ərməniyə və Rusiya ilə sıx ticarət əlaqələri saxlamışdır. Deməli, görkəmli rus generalissimusu A.Suvarovun mənşə etibarilə ana tərəfdən, Atabəyli xristain-qıpçağı, ata tərəfindən isə bir Bulqar qıpçağı olması heç bir şübhə doğura bilməz.
Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı... General-feldmarşal M.İ.Kutuzova gəldikdə isə, onun atası İllarion Kutuzov, anası isə Anna Beklemişova idi. Kutuzovun soyadındakı “Kutuz” leksik kökü Monqol-tatar işğalçılarını dünya tarixində Yeusəlim yaxınlığındakı Ayn-Cəludda ilk dəfə yenmiş Misir-məmlük Qıpçaq sultanı Kutuz bəyin adıdır. Rus general-feldmarşalının anasının qızlıq familiyasındakı “Beklemiş” leksik birləşməsinin isə “gözləmiş” və ya “qorumuş” anlayışlarının olması az-çox türkoloji savadı olan hər kəsə məlumdur.
Tanrı adını soruşan Musa Peyğəmbərə “Mən, Mən Olanam” (ivrit dilində: Eheieh Asher Eheieh / İng. I am who I am) deyir. Bunun egzoterik izahı belədir: “Yuxarıdaki yüksək ruh və aşağıdaki maddə hamısı “Tək və Bir ” olan Mənəm”.




3

Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı... Şirvanşahlar dövlətində 1382-ci ildə baş vermiş anti-kəsrani inqilabından sonra, Şirvan xristianları sayılan erməni-qriqoryan qıpçaqlar (-albanlar) daha çox tarixi “adurbadaqan” ərazisinə köç edib getmişlər. Şir tinətlilər yurduna və onun xalqına məhəbbət bu ölkənin oturaq sivilizasiya görmüş insanlarının heç birinə, o cümlədən də onun qədim məsihi əhlinə yad olmamışdır. XIX və XX əsrlərdə “Şirvanilik” nisbəsini daşımaqla məsihi Aleksandr Şirvanzadə müsəlman Seyid Əzim Şirvani qədər öz Vətəni ilə qürur duymuşdu. Hal-hazırda əsas hissəsi Türkiyə ərazisində yerləşən bir vilayət qardaş cümhuriyyətin “Şirvan vilayəti” adlanır, onun vaxtilə Şirvandan köç edib getmiş “həmşinin” (-həm şenlik, yəni eyni yaşayış arealından olanlar. “Şen”, “şenlik” qədim qıpçaq sözü kimi Yelisey (-Eylis) qıpçaqlarının Naxçıvan vilayətindəki “Nore-şen” toponimindəki mürəkkəb leksik tərkibdə ikinci kök söz olaraq da işlənmişdir) çağırılan əhalisi artıq müsəlmanlığı qəbul etsə də, özlərini “qıpçaq-ermənilər” (-albanlar) adlandırmaqda davam edirlər və hələ də qədim Şirvan qıpçaqcasında danışırlar...
Azərbaycan tarixşünaslığında “albanşünaslığın” “şirvanşünaslıq” termini ilə əvəz edilməsi bu gün qarşıda duran ən vacib məsələlərdən biridir.
Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı... Şirvan mənəviyyatının qutsal mahiyyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkü belə heyran etmişdi: 1931-ci ildə keçmiş silahdaşı və ən yaxın dostu Tevfik Paşa Bıyıkoğlunu yenicə yaratdığı Türk Tarix Kuruluna başkan təyin edərkən, Atatürkün maraqlandığı ilk mövzulardan biri məhz “Şirvan tarixi” olmuşdu. Tevfiq Paşa xatirələrində yazır ki, Atatürk şirvan xalqının azadlıqsevərliyi və vətənpərvərliyi haqqında eşidərkən heyrətini gizlətmədən sevinclə belə sual etmişdi: “Yahu bu ne memleket, Şirvanşahlar kim?!.” Və dərhal xaricdən mütəxəssis gətirib, Şirvan tarixini araşdırmağı ona tapşırmışdı. Bu tədqiqatçı böyük İranşünas alim, məşhur professor Hans-Heinrich Schaedderin tələbəsi olmuş və əvvəllər Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı...Alman Təhsil Nazirliyində yüksək dövlət məmuru çalışmış, sonralar Höttingen Universitetində Yaxın Şərq və Rusiya tarixi və mədəniyyəti üzrə professorluq etmiş Hinz A. Valther idi.
Hinz Valther bu mövzunu Avropa və Şərq elmi mənbələri üzrə dərindən öyrənərək, kitabı çox tezliklə yazıb başa çatdırır. Ötən əsrin 30-cu illərində nəşr edilən bu əsər, əfsuslar olsun ki, indiyədək Şirvan Azərbaycanında işıq üzü görməmişdir...
“Böyük Şirvan Dövləti” ideyası ilk dəfə məhz Ərdəbil ziyalı düşüncəsində doğmuşdur. Dahi Azərbaycan şairi Arif Ərdəbili (1310-1372) farsca həzəc bərində yazdığı “Fərhadnamə” poemasında Şirvan dövlətinin ərazisini Abxaziyaya qədər uzadaraq, İran şahı Xosrov ilə eşq cihadı aparan sənətkar Fərhadın şirvanlılığını bu savaşın alınmaz əsas mənəviyyat qalası kimi tərənnüm etmişdir. Arif Ərdəbili öz qəhrəmanının Şirvan mənəvi kodunu daha qabarıq vermək üçün poemanı iki hissəyə: “Hekayəti-Fərhadü Gülüstan” və “Hekayəti- Fərhadü Şirin”-ə bölmüşdür. Birinci hissənin qadın qəhrəmanı əslən şirvanlı abxaz bir ustanın qızı Gülüstan bəyimdir. Gülüstan- poemada mənəvi-əxlaqi təmizliyin təcəssümüdür.
Atabəylərin xristian tarixi: türk-qıpçaqların clavyan və erməni-qriqorian özünütanımı... Şair, adı bütün dünya ədəbiyyatı tarixinə “Fərhad-Şirin” eşq macərası ilə düşmüş şirvanlı dahi sənətkar FƏRHAD-ın Şamaxıda ucaltdığı “Gülüstan” qalası ilə əbədiyyətə qovuşmuş şöhrətini yenidən canlandırmaqla, əslində, Şirvanşahlığın tarixi əzəmətini Key Xosrovların irançılığına qarşı qoymuşdur. Odur ki,tarixdə ilk böyük şirvançılıq ideologiyasını Arif Ərdəbilidən başlamaq tamamilə haqlı fikirdir!
Tarixi sənədlər sübut edir ki, böyük şairimiz Arif Ərdəbilini Şamaxıya Şirvanşah Keyqubad Adil və oğlu Kavus dəvət etmişlər. Taleyin ikinci ironiyası o oldu ki, məhz A.Ərdəbilinin tələbəsi olmuş Huşəng ibn Kavus Şirvanşahlar xanədanının son Kəsrani padşahı oldu. Azadlıqsevər şirvan xalqı 1382-ci ildə məhz Huşəngi devirərək, türk Dərbəndilər sülaləsinin 156 illik hakimiyyətinə yol açdı.
Əfsuslar ki, bu gün ölməz sənətkarımız Fərhadın şah əsəri: “Gülüstan” qalasından tarixə kiçik bir qaya daşı və Böyük Şirvan ideyasının banisi Arif Ərdəbilinin ölməz poemasında onun nəqş və heykəllərinin təsvirləri qalmışdır...
Ərdəbil şirvanpərvərliyinin flaqmanı Arif Ərdəbilinin “Böyük Şirvan” ideyasının simvolu məhz Fərhad obrazı olmuşdur. Şirvan xalqının Fərhadiliyinin rəmzi isə məhz Səfəviyyənun dağıtdığı “Gülüstan qalası” idi.
1406-cı ilin 22 Mayında İranda əlverişli tarixi şərait yaranır: bundan istifadə edən Şirvanşah Şeyx İbrahim dahi mütəfəkkir Arif Ərdəbilinin Böyük Şirvan dövlətçiliyi ideyasını əldə rəhbər tutaraq, Azərbaycan paytaxtı Təbrizə daxil olur və İran dövlətini ləğv edib, Böyük Şirvan dövlətinin bir hissəsinə çevririr!!!
Beləliklə, 22 May 1406-cı il (hicri: 3 zülhəccə 808-ci il) hər iki Azərbaycanı özündə birləşdirən Böyük Şirvan dövlətinin yaranış ili kimi tarixə düşür.
Bu vaxt nəinki bütün keçmiş İran hakimləri, hətta teymuri Əbu-Bəkrin səlahətdarları, başda Məhəmməd Dəvvani olmaqla, Şirvan şahına beyət etdiklərini bəyan edirlər. Təssüflər olsun ki, İrançılığa qarşı bir geosiyasət olaraq dahi mütəfəkkir Arif Ərdəbili tərəfindən hazırlanmış “Böyük Şirvan” ideyasının bu ilk tarixi Azadlıq və Birlik hekayəti çox qısa ömürlü oldu. Qara Yusifin başçılığı altında Qara tatarların ( Yəcuc-Məcuclar nəsli qara kıyınlı monqol-tartarların) İranda oynadığı mürtəcü tarixi fəaliyyətlər üzündən Böyük Şirvan dövlətinin başçısı Şirvanşah Şeyx İbrahim Dərbəndi qardaş qırğınına yol verməmək üçün Araz çayının qüzeyinə geri çəkilməli oldu.
İstər müsəlman, istərsə də məsihi Atabəylər nəslinin Şirvanşahlar dövlətinə mənəvi və tarixi bağlılığının dərin kökləri vardır. Xristianlığın İslamaqədərki Şirvanda oynadığı böyük tarixi rolunu nəzərə almadan Atabəylərdən Qızıl Arslan tərəfindən mənim ulu əcdadlarımın indiki Şamaxı ərazisindəki Çuxuryurda necə köçürülməsini izah etmək imkansızdır. Sonradan rus milikanlarına məcburi tərk edilmiş bu yerin indiki Türkiyə ərazisindəki Artvin, Ulti və Çuxuroba ətraflarına etno-toponimik bağlılığı göz qabağındadır.
Tarixi yazmaq tarixi yaratmaq qədər çətindir!
Bu məqalə mənim yeni silsilə yazılarımın əvvəlidir. 16 il bundan əvvəl ilk dəfə “Həftəiçi” qəzetində başlatdığım bu silsiləni e-saytlarda davam etdirmək qərarına gəldim. Bu ümidlə ki, mənim bir Avrasiya yazarı olaraq, müasir dünyanın inkişafından çıxardığım bu son qənaət başa düşülsün: Qafqazda Müharibə və Münaqişə zonası içərisdə yaşayan xalqlar tarixin ən qüdrətli aristokratiyalarından biri sayılan Atabəylərin şəxsində bir-birini daha yaxından tanıya və ortaq Böyük Sülhə könüllü imza ata bilərlər.
İnsanlığın tarixi oturaq mədəniyyətə keçid etmiş xalqların birgəyaşayşına əsaslanır. Din, dil və irqindən asılı olmayaraq, bütün bəşəriyyət bu ümumi normanı qəbul etməlidir. Bəşəriyyət kiçik dövlət qurumlarından böyük insani birliklərə doğru tarixi yolunu yarıda qoya bilməz. Qıpçaq xalqının taleyi buna əyani misaldır...

(MƏQALƏNİN SONU)

Atatv.az

Digər Dünya xəbərləri