16
Eylül
2020
15:16
88
36
72

Sabirabad rayonu Şəhriyar kəndinin sakinlərinin dözülməz həyat şəraiti

Sabirabad rayonu Şəhriyar kəndinin sakinlərinin dözülməz həyat şəraiti















Redaksiyamıza daxil olan şikayət məktubunda belə yazılır.
Kənd sakinlərindən
1. Həsənov Rauf Güloğlan oğlu,
2. Amanov Rafət Ağaverdi oğlu,
3. Fərəcov Rəfail Valeh oğlu
4. Amanov Zaur Ağaverdi oğlunun imzası ilə redaksiyamıza daxil olan şikayət məktubunda o qədər problem sadalanır ki, adamın inanmağı gəlmir ki, ölkəmizin bu qədər inkişaf etdiyi bir zamanda, mərkəzdən cəmi 140 km aralida, Haciqabul-Horadiz magistral yolunun 100 metrliyində yerləşən bir kənddə bu qədər problemlər ola bilər. Məktubu şikayətçilərin öz dili ilə yazmağı qərara aldıq.
Həsənov Rauf Güloğlan oğlu deyir:
"Bu kəndin hansı problemini deyim axı, kəndin yolları bərbad gündədir, kənddə bir qarış örüş, otlaq sahəsi qalmayıb, hamısı kənardan gəlmə adamlara satılıb, kənd sakinləri torpagsizliqdan ailə qurub ev tikə bilmir, lakin 100 hektarlarla torpağ sahələri kənardan gələnlərə satılıb, və həmin torpagda kafelər, əxlaqsız yuvaları inşa edilib. Kənddə bir qarış otlaq sahəsi qalmayıb ki, mal-qara saxlaya bilək. Daha yazmagdan, deməkdən yorulmusuq. İş o həddə çatıb ki, kəndin beton kanalını söküb satırlar. Bütün bu işləri kənd bələdiyyə sədri və kənd ərazi nümayəndəsi edir. Bunları müdafiə edən isə icra başçısının müavini Həsən Həsənovdur. Həsən Həsənov sanki Sabirabadın öz şəxsi mülki kimi idarə edir. Həsən Həsənovun Sabirabadlılara etdiyi zülmü, erməni bizim xalqa etməyib. Heç kimi hesaba almır, bütün rayonda ağalıq edir. Nə sirdirsə icra başçısı Siracəddin Cabbarov da bu adamdan çəkinir, heç bir söz deyə bilmir. Kənddə uşaq bağçasına qədər satılıb, kəndin orta məktəbi elə bir bərbad haldadır ki, heç kim övladını məktəbə göndərməyə ürək etmir. Kəndin girişində, magistral yolun kənarında əxlaqsızlıq yuvalarının sayı hər gün dayanmadan artmaqdadır. Ölkə rəhbəri cənab İlham Əliyevə yazdığımız şikayət məktubları sanki yolda qeyb olur. Əlacsız qalıb, sizin redaksiya vasitəsilə dərdimizi ölkə başçısına catirmag istədik."
İmza: Sabirabad rayonu Şəhriyar kəndinin sakinlərindən:
1. Həsənov Rauf Güloğlan oğlu
2. Amanov Rafət Ağaverdi oğlu
3. Fərəcov Rəfail Valeh oğlu
4. Amanov Zaur Ağaverdi oğlu
P. S. Şikayətçilərin məktubunu olduğu kimi oxucuların ixtiyarına veririk. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Sahil Rəhimov (Şeyx Babaoğlu)
İctimai Xəbər Agentliyi

Digər Dünya xəbərləri