02
Eylül
2020
12:42
88
36
62

Azərbaycan Milli Elimlər Akademiyasının Rəyasət Heyətinə

Azərbaycan Milli Elimlər Akademiyasının Rəyasət Heyətinə

















Hörmətli AMEA RH-nin üzvləri, aidiyyətli İnstitut rəhbərləri, çox hörmətli alimlərimiz,
Azərbaycan ziyalısının, Azərbaycan vətəndaşlığının ən ümdə və seçilən şəxsləri və həmişə hörmət etdiyimiz alimlərimiz, kütləvi informasiya vasitələrində müxtəlf vaxtlarda dərc olunan və həqiqətən xalqımızı və partiya rəhbəri kimi məni və üzvlərimizi narahat edən məsələyə aydınlıq gətirilməsi üçün narahatçılığa görə qabaqcadan üzr istəyirik.
2005-ci ildən bəri işğalçı Ermənistan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun təşkil etdiyi üzdəniraq arxeoloqlar qrupu Ağdam rayonunun işğal altındakı Şahbulaq adlanan ərazisində- Qarabağ xanı Pənahəli xanın məşhur qalasının ətrafında aparılan qanunsuz qazıntı işləri nəticəsində guya qədim “erməni çarlığı”nın paytaxtı olan “Tiqranakerti”n qalıqlarını tapıblar. Həmin vaxtdan bəhs edilən ərazi dünyaya verilən informasiyalarda da “Tiqranakert” kimi təqdim olunmağa başlayıb. Artıq 16-cı ildir ki, ermənilər bu hüquqi-tarixi Azərbaycan torpağında hər ilin iyul avqust aylarında təxminən 40 gün ərzində qondarma “arxeoloji qazıntılar” aparırlar. Buraya Yunan Kiprindən və digər ölkələrdən mütəxəssislər dəvət edib işlərini daha da “elmiləşdirməyə” çalışırlar.
Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən Ermənistan arxeoloji ekspedisiyasının rəhbəri, Yerevan dövlət universiteti kulturologiya fakültəsinin professoru Hamlet Petrosyan erməni mediasına geniş müsahibəsində həyasızcasına bildirib ki, Şahbulaqdakı son qazıntılar, o cümlədən “V-VII və XII-XIII əsrlərə aid” 15 “eksponat” sübut edir ki, “qədim erməni çarlığı”nın “paytaxtı” “Tiqranakert” məhz Ağdam ərazisində yerləşib və həmin dövrdə kürün sağ sahili bütövlükdə ermənilərin olub və XIX əsrədək bu ərazidəki bütün kilsələrə ermənilər rəhbərlik edib”
Nankor və daim gözü bizim tarixi torpaqlarlımızda olan mənfur qonşularımızın işğal altında olan torpaqlarımızda qanunsuz arxeloji qazantılar aparmaqla tarixi köklərimizə bağlı qalıqlarımızı riyakarcasına öz adlarına çıxarmaqla tarixi saxtakarlıq iddiaları üzrə Ermənistan dövlətinə və arxeoloji ekspedisiyasına tutarlı cavabların verilməsi görülmüş işlər barədə ictimaiyyətin məlumatlarılmasını Sizdən rica edirik.


Hörmərlə,
Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri

Əmir Çıraqəliyev
Partiyanın Siyasi Şurasının üzvü

Digər Dünya xəbərləri