03
Ağustos
2020
16:51
88
36
53

Döyüşçü dostları veteranla birlikdə 50 illik yubileyini qeyd etdilər

Döyüşçü dostları veteranla birlikdə 50 illik yubileyini qeyd etdilər

















Müharibə veteranı İmanlı Elçin Aydın oğlunun bu gün 50 yaşı tamam olur. O, 1991-ci ildən DİN XTMD-nin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Snayperçi kimi onun nişangahında görünən çox saylı düşmən gəbərib. "Gecə ovçusu" kimi tanınan Elçin AVMVİB sədri cənab Füzuli Rzaquliyevin əmri ilə "Müharibə veteranı" medalı ilə təltif olunub. Nəsimi rayon şöbəsinin sədri "Azərbaycan bayrağı" ordenli ehtiyatda olan polkovnik Elmar Hüseynov Elçin İmanlını təbrik edib. Döyüş yoldaşları İlham Rüstəmov, İlqar Cəfərov, Taleh Kərimov, Vudadi Ağagülov, Asəf Fərzəliyev, Elşad Soltanov
50 illik yubileyi münasibəti ilə Elçin İmanlını təbrik ediblər. Elçin bu gün də Vətən torpaqlarını işğalçı düşməndən azad etməyə hazır olduğunu bildirib.
Təbrik edirik Elçin ad günün mübarək olsun!
Elmar Hüseynov
"Azərbaycan bayrağı" ordenli,
ehtiyatda olan polkovnik

Bizdə öz növbəmizdə Redaksiyamız adından Elçin İmanlını səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik.

Fərid Səfərov
AJB-nin üzvü

Döyüşçü dostları veteranla birlikdə 50 illik yubileyini qeyd etdilər

Digər Dünya xəbərləri