28
Temmuz
2020
20:27
88
36
27

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

















Hörmətli İlham Heydər oğlu, Sizi qarşıdan gələn İslam dünyasının müqəddəs bayramlarından olan “Qurban bayramı” münasibəti ilə öz adımdan və partiya əməkdaşlarım adından səmimi qəlbdən təbrik edirəm.

Siz ugurlu və şanslı insansınızki, Milli öndər Heydər Əliyevin oğlu və layiqli davamçısısınız. Azərbaycan xalqının uğuru və şansı ondadır ki, Milli öndərimiz özündən sonra dövlətimizin müstəqilliyini, sərhədlərimizin bütövlüyünü, milli həmrəyliyimizi qoruyub saxlaya biləcək Sizin kimi bir varis qoyub.
Heydər Əliyev hakimiyyəti dövründə Respublikanın qazandığı uğurların davamı və inkişafı məhz Sizin sayənizdə daha parlaq inkişaf zirvəsindədir. Azərbaycanın iqtisadi və siyasi həyatında, eləcədə ordu quruculuğunda Sizin hakimiyyətiniz dövründəki inkişaf həm qonşuluqda, həm də qonşuluqdan kənarda olan bəzi dövlətlərdə paxıllıq və ikrah hissi yaradıb.
Hörmətli İlham Heydər oğlu, Sizin Azərbaycan dövlətçiliyi üçün gördüyünüz işlər bütün xalq tərəfindən bəyənilir və dəstəklənir. Sizə dünyanın və Azərbaycanın bu böhranlı vəziyyətində gördüyünüz işlərə, apardığınız uğurlu siyasətə görə uğurlar diləyirəm. Bu böhranlı vəziyyətdəki gərgin əməyinizə, iradə və səbrə görə Allah yardımçınız olsun deyirəm.

Sizə və ailənizə möhkəm can sağlığı, ailə səadəti, şərəfli ömür arzulayıram. Allah Sizləri qorusun.

Hörməttlə, Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri

AtaMedia.az

Digər Dünya xəbərləri