27
Temmuz
2020
21:11
88
36
43

Azərbaycan səhiyyəsi özünün yeni bir inkişaf mərhələsini yaşamaqdadır

Azərbaycan səhiyyəsi özünün yeni bir inkişaf mərhələsini yaşamaqdadır






İnsan çalışdığı hər bir sahədə uğura nail ola bilər. Bunun üçün zəngin bilik, qabiliyyət, bacarıq gərəkdir. Xüsusilə, bəzi sahələr vardır ki, daha çox diqqət, dəqiqlik və bilik tələb edir. Elə həkimlik sənəti kimi. Həkim olmaq üçün ilk öncə bu adın məsuliyyətini dərk etmək gərəkdir. Çünki həkim birbaşa insan həyatına, sağlamlığına cavabdeh olmaq deməkdir. Məhz buna görə, ona yönələn ümidsiz baxışları, çarəsizliyi, insanların həyata, yaşama olan ümidlərini doğrultmaq, insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir. Bu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayev ücün əsas və önəmlidir. Redaksiyamıza daxil olan təşəkkür məktublarını oxuduqca bunun bir daha şahidi olursan.
Respublikamızın tanınmış həkimi İman Rzayevdir. İman Rzayevin əməyinin bar–bəhəri, səhətində sağlamlıq duyan və xoş əhval-ruhiyyəsi ilə ona minnətdar olanlardan birinin kicik qeydini dərc etmək yerinə düşər:

"Əzizimiz İman həkim. Neçə-neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkim, mənim yenidən həyata qayıtmagımın başlıca səbəbkarı məhz Siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Birinci dəfə yanınızdan çıxanda qəlbimdə çox böyük inam yaratdınız. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz Siz yaşatdınız, mənə... Allah Sizi də həmişə sevindirsin mənim gözəl həkimim.
Mən çox sevinirəm ki, respublikamızda Sizin kimi təcrübəli, işini sevən, savadlı həkimlərimiz hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən İman həkimə mən ilk gündən böyük ümidlər bəslədim. Görünür yanılmamışam.
Hörmətlə: Məsumə."
Dr. İman Rzayevin bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir. Axı, o, nə qədər ümidsiz, əlacsız xəstəyə, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi dəqiq müayinə və müalicə ilə yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki, onlara İman həkim kimi bir insan rast salıb. İman həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə şəfa tapmasına çalışmışdır.
Bəli, həkimlik peşəsi olduqca məsuliyyətli və cətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara canla-başla yardım etməlidir. İnsan sağlamlığını cəmiyyətin sərvəti anlandıran Ümumilli Lider Heyər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün Ulu Öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: “...siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə, insanların sağlamlığının qorunmasına həsr etmisiniz... Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.”
...Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
...Bəli, bu həyat cırağana insanın həmişə ehtiyacı olub. Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, indi də. Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın. Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.
Varlığında və hər əməlində işıq gəzdirən adam.
Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan insan.
Özü də bir işıq, çıraq olan adam!
Bəli, mən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayev belə gördüm, belə tanıdım. Siz də tanıyın...

Rəsafil Bayramov
“İctimai Xəbər Agentliyi” MMC-nin rəhbəri
“Atamedia.az” xəbər portalının baş redaktoru

Digər Dünya xəbərləri