27
Temmuz
2020
21:00
88
36
380

RUHUMUZUN QİDASI ŞAİRLƏR...

RUHUMUZUN QİDASI ŞAİRLƏR...




















Şairlər də müxtəlif olurlar.Yazı üslubuna , təxəyyülünə, dünyaya baxışına, hər sahədə fikir və baxış prizmsına görə...
Əsası da odur ki, qafiyə yox, ruh şairi olasan.
Şairlik bir Allah vergisidir.Düz deyirlər ki, şair, gərək şair kimi dünyaya gələ. Sıradan şair yaranmır.
Dünyaya şair kimi gələn şairlərin yaratdıqları da insanı düşündürür və öz xəyal dünyasına alıb aparır.
Elə haqqında söz açacağım söz adamı, şair - jurnalist, prezident təqaüdçüsü, yaradıcılığına görə Həsən bəy Zərdabi diplomunun mükafatçısı, nəğməkar şair, 200 - dən çox mahnı mətninin müəllifi, uzun müddət əməkdar jurnalist Oktay Cəfərovun ( ruhu şad olsun ) redaktoru olduğu, rus və azərbaycan dilində çıxan, Nazirlər Kabineti və Tikinti - Arxitektura Komitəsinin orqanı olan " İNŞAATÇI " qəzetində müxbir, foto müxbir və poeziya şöbəsinin müdiri vəzifəsində çalışmış Abil İslamdır.
Biz çox sevinirik ki, haqqında danışdığımız Abil İslam hazırda bizim əməkdaşımızdır. O, ATA TV. az - ın informasiya xəbər portalının direktorudur.
Onun yaradıcılığı çoxşaxəlidir. Yazdığı hər mövzuda azərbaycançılıq, milli mentalitet, ümumi türkçülük, qədim adət - ənənəmiz, böyük - kiçiklik, kişinin verdiyi sözə, içdiyi anda əməl etməsi daim öz əksini tapmaqla, yetişməkdə olan gənçliyimizə bir örnəkdir və onun fikirləri öz aktuallığını itirmir.
Bu günkü sayımızda onun yazdığı şer nümunələri arasında öz səsi ilə dediyi bir şer xüsusi olaraq, diqqətimi çəkdi.
" Sən öl, dedin "...
İndi çoxlarının dediyi beş sözdən üçü " SƏN ÖL " dü...
Diqqətlə dinləsəniz, bu andın məsuliyyət və ağırlığını duyacaqsınız...
Sizləri Abil İslam yaradıcılığı ilə baş - başa buraxıram...

RASAFİL BAYRAMOV
İctimai xəbər agentliyi (MMC)
AtaTV.az xəbər portalın rəhbəri



Abil İslam
Sağlığında...

Ocağından el-obaya köz verib,
Yadigarlıq hikmət dolu söz verib.
Allah bizə ağıl verib,, göz verib,
Ağsaqqalın bilməliyik qiymətin,
Sağləğında saxlayaq biz hörmətin.
XXX
Ağsaqqallar güvənc yerim, ümidim,
Təzim edən,bütövləşən mən idim.
Hər yetənə onlar deməz igidim,
Ağsaqqalın bilməliyik qiymətin,
Sağlığında saxlayaq biz hörmətin.
XXX
Kül altında o gizlədər közünü,
Xalqı üçün sipər edər özünü.
Haqq yolunda çiraq edər gözünü,
Ağsaqqalın bilməliyik qiymətin,
Sağlığında saxlayaq biz hörmətin.
XXX
Müqəddəsdir ağsaqqalı, həm eli,
Məsləhətlə ötüşübdür hər ili.
Xeyir-dua yaşadacaq Abili.
Ağsaqqalın bilməliyik qiymətin,
SağlIğında saxlayaq biz hörmətin!

Abil İslam
Getdi, dönəcəkmi...

Atam-anam, bacım köçdü dünyadan,
Qardaşım da köçdü, bağrım oldu qan.
Mənə bir təsəlli verdi Yaradan,
Getdi, dönəcəkmi geri, bilmirəm ?
XXX
Gözlərim dikilib yolunda qalıb,
Arzumun qanadı dolumda qalıb.
Tənha ürəyimi o, dərdə salıb,
Getdi, dönəcəkmi geri, bilmirəm?
XXX
Bəxtin yazısı var, heç vaxt pozulmaz,
Bu eşq möcüzədir, saflıq yozulmaz.
Onundur bu şerim, yada yazılmaz,
Getdi, dönəcəkmi geri, bilmirəm?
XXX
Bir ömür payı var, kaş hamı bilə,
Kim duyur, acı söz gətirməz dilə.
Haqsızlıq eylədi biri, Abilə,
Getdi, dönəcəkmi geri, bilmirəm?!

Abıl ıslam

Bız Allahın qullarıyıq

Uzaqdır bızdin cəhalat,
Zəfər çalsın haqq-ədalət.
Günahdır, etməyin qeybət,
Biz Allahın qllarıyıq.
XXX
Oruc tutun,zəkat verin,
Ruzisi var hər səhərin.
Savab qazan, düşün dərin,
Biz Allahın qullarıyıq.
XXX
Savab-günahı var sayan,
Girma günaha, bir dayan !
Tanrımıza hər şey əyan,
Biz Allahın qullarıyıq.
XXX
Abil, şükr et, yaradana,
Bizi pak doğubdur ana.
Pak da vuraq ömrü sona,
Biz Allahın qullarıyıq.

Abil İslam
Sürüyür baba...

“Yalan ayaq tutar, yeriməz” dedin,
Yalan ayaq tutur, yeriyir baba.
Kasıbın, yoxsulun qanın sovranlar,
Bütün kənd - şəhəri, bürüyür baba.
XXX
Puldur asan edən, yenə müşkülü,
Duyan da az qalıb, gülü - bülbülü.
Savadlı pulsuzlar, canlı bir ölü,
Diplomlar kif atır, çürüyür baba.
XXX
Arxalı işbazlar meydan sulayır,
Kimini - kimsəyə qoşur - calayır.
Milli sərvətləri nakəs talayır,
Zaman düz olanı sürüyür baba.
XXX
Tərif şara bənzər, üfürmə bala,
İçdiyin quyuya tüpürmə bala.
Düz ol, yad minnətin götürmə bala,
“Təzə” lər köhnəni kürüyür baba.

Abil İslam
Musiqi: V. Süleymanov

Gözəldir

Sənin gəzdiyin torpaq gözəldi,
Əlin toxunan, yarpaq gözəldi.
Halım pis idi, güldün, düzəldi,
Mələklər kimi, sən də gözəlsən.
XXX
Gül də utanır, açmağa sənsiz,
Ceyran tələsmir, qaçmağa sənsiz.
Quşda həvəs yox, uçmağa sənsiz,
Mələklər kimi, sən də gözəlsən.
XXX
Sənsən Abilin ruhu - ilhamı,
Zülmətdə onun nur saçan şamı.
Söyləyirəm ki, eşitsin hamı,
Mələklər kimi, sən də gözəlsən.

Abil İslam
Sənindir

Sənin baxışında həyat eşqi var,
Elə bil Günəşin nuru səndədir.
Vəfalı dostlarda olar etibar,
İncə ürəklərin varı səndədir.
XXX
Nəğməyə bənzəyir sənin hər sözün,
Canıma can verir, mənalı gözün.
Yaxın gəl, mən sənə söyləyim düzün,
Ecəzkar dağların qarı səndədir.
XXX
Gəlmişəm qızınam oduna sənin,
Arzular yol açıb, adına sənin.
Nakammı mən gedim badına sənin?
Ən isti ocağın qoru səndədir.

Digər Dünya xəbərləri