26
Temmuz
2020
15:35
88
36
43

*QALX, EY MƏNİM MILLƏTIM *

*QALX, EY MƏNİM MILLƏTIM *
















Ağır günlərimiz gəlir,
Ayıl, ey mənim millətim..!
Çətin illərimiz gəlir,
Ayıl, ey mənim millətim..!

Neçə-neçə soydaşımız,
Döyülüb yar-yoldaşımız.
Doğma, əziz qardaşımız,
Ayıl, ey mənim millətim..!

Yolumuzu ruslar kəsir,
Dığalar da bizi əzir.
Fars da arxasınca gəzir,
Ayıl, ey mənim millətim..!

Dövr, zaman çətin olacaq,
Arzu qəlblərdə donacaq.
Türklər də bizi danacaq,
Ayıl, ey mənim millətim..!

Dövlətə vurulur ziyan,
Millətə tutulur divan.
Biri sərxoş, biri "piyan",
Ayıl, ey mənim millətim.

Çörək dalınca gedənnər,
Qorxudan geri dönənnər,
Acından yurdda ölənnər,
Ayıl, ey mənim millətim..!

Ciblərimizi soysa da,
Tanımır bizi "dusya"- da.
Nə Fransada, nə Rusyada,
Ayıl, ey mənim millətim..!

Gəlin bir olaq, birləşək,
Nəbiyə, Babəkə dönək.
Qoca, cavan, oğul-uşaq,
Vətən naminə döyüşək,
Qalx, ey mənim millətim..!
Ayıl, ey mənim millətim..!

Bakı şəhəri
Yeni Yasamal
Şair ocağı
27.07.2020.

AtaTv.az

Digər Dünya xəbərləri