25
Temmuz
2020
12:03
88
36
15

Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında törədilmiş erməni təxribatına Müstəqil Xalq Partiyasının siyasi baxışı

Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında törədilmiş erməni təxribatına  Müstəqil Xalq Partiyasının siyasi baxışı
Bu gün dünyada baş verənlər - istər pandemiya, istərsədə qlobal münaqişələr və onların yaratdığı və yarada biləcəyi daha ağır iqtisadi və siyasi problemlər hər bir dövləti böyük bir sınaq qarşısında qoyub. Hətta ən böyük iqtisadi gücə və texniki tərəqqyə malik olan dövlətlər belə çaşqınlıq içərisindədirlər. Eyni zamanda bəzi münaqişə zonalarında passivlik, bəzilərində isə aktivlik müşahidə olunur. Bu gün böyük güclərin maraq dairəsində olan Azərbaycan dövləti də böyük bir sınaq qarşısındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gərgin iş şəraitində lazımı tədbirləri görür. Beləki bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə bağlı vaxtında düzgün qərarlar qəbul etdi, lazımı görüşlər keçirtdi. QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsini təklif etdi və bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
Cari ilin İyul ayının 10-dan Xüsusi Sessiya rəsmi olaraq başlayır. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
Iyulun 12-dən etibarən işgalçı erməni qüvvələri tərəfindən Qarabağ münaqişəsinin kuliminasiya vəziyyətinə gəlib çıxdığı və Azərbaycanda güclü ordu quruculugundan və beynəlxalq nüfuz qazanmasından ehtiyatlanaraq Tovuz istiqamətində baş verən hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətə düşməklə Qarabağdan və Ermənistanda baş verənlərdən xalqın nəzərini yayındırmaq məqsədi ilə daha bir iyrənc niyyətə əl atıblar. Erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı terrror xarakterli hücumlara cəhd edir, xaricdə yaşayan azərbaycanlılara qarşı təxribata əl atırlar.
Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtında Ermənistanın hərbi təxribatları ilə bağlı etiraz aksiyaları keçirən xaricdəki dinc azərbaycanlı icma üzvlərinə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir. Bu xüsusda, 2020-ci ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib.
Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Hal-hazıra olan məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.
Ermənilər daha təhlükəli oyuna əl ataraq Azərbaycanlılara qarşı təxribatlarını digər dövlətlərin o cümlədən Rusiya ərazisində davam etdirirlər. Belə ki, 23.07.2020 il tarixində gecə Moskva şəhərində ermənilərlə azərbaycanlılar arasında kütləvi dava baş verib. Ümumilikdə davada 30-a yaxın insan iştirak edib. Hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəliblər. Mətbuata istinadən davadan sonra 13 nəfər saxlanılıb. Kəsilmiş çiyin yarası olan iştirakçılardan biri xəstəxanaya aparılıb. Rusiya ərazisində dinc Azərbaycanlılara qarşı erməni təxribatı davam edir. Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər üzrə Baş İdarəsinin Cənub-Şərqi İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsindən bildirilir ki, ermənilərin azərbaycanlılara məxsus "1001 gecə" restoranına hücumu ilə bağlı cinayət işi qaldırılıb. Hücumun iştirakçıları və bu təxribatın təşkilatçıları saxlanılıb, onlara qarşı cinayət işi qaldırılıb. Bütün güc strukturlarına belə provokasiyaların qarşısını sərt şəkildə almaq barədə əmr verilib. Belə hücumlar davam edərsə bu hadisələrdə iştirak edən xarici vətəndaşların ölkədən deportasiya ediləcəyi nəzərdə tutulur. Ona görədə Rusiyada yaşayan sahibkarlıq fəaliyyəti göstərən soydaşlarızın daha diqqətli olmaları, erməni iyrənc təbliğatına qarşı təmkin nümayiş etdirmələri xahiş olunur.
Los-Ancelesdən, Brusseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları sosial şəbəkələrdə yayımlanır və vətəndaşlarımızın hiddət və qəzəbinə səbəb olur. Ermənilər daha eybəcər formalara əl ataraq sosial şəbəkələrdə azərbaycanlıların və türklərin yaşadığı ünvanları göstərənlərə 500 dollar mükafat təklif edilməsi barədə çağrışlar etməklə azərbaycanlılara və türklərə qarşı yeni təxribatlar planlaşdırırlar.
Budur bütün türk dünyası, ümumilikdə isə azərbaycan dövlətçiliyi böyük bir siyasi böhrana sürüklənir. Dünyada çox böyük informasiya məkanına malik olan erməni diasporuna qarşı 60 milyonluq azərbaycan vahidliyinin yaranması, əsil azərbaycanlılara məxsus ağıl və zəkanın, güc birliyinin nümayiş etdirilməsi vaxtıdır.
Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyeva da öz nüfüz və etimadından istifadə etməklə böyük səylə iş aparır, müraciətlər edir. Coxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan hüquqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırmiş. Nədənsə hələdə onların səslərinin eşidilməməsinə təəsüflənmiş, bu qurumların yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcəklərinə və fakta əsaslanan bəyanatlarla cıxış edəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyi, xaricdəki diplomatiyamız, diaspor mərkəzlərinin üzərinə bu sahədə cox böyük yük düşür. Diplomatik səylər artırılmalı, erməniliyin iç üzü, onların yaşadıqları hər hansı bir dövlətin içərisidə təxribat və xaos yaratmaq niyyətləri həmin dövlət qurumlarına və dünya ictimaiyyətinə çatdırılmalıdır. Hər bir azərbaycanlı iş adamı, ziyalılarımız, mədəniyyət və incəsənət xadimlərimiz özünün nüfuz və etimadından istifadə etməklə erməni təxribatının və ermənifobiyanın dünya üçün zərərli bir mistika olduğu təbliğatına geniş yer aylırmalıdırlar. Sadə vətəndaşlarımıza ayıq sayıq olmaları sosial şəbəkələrdə aktiv olmaları və düşünülmüş paylaşım etmələri tövsiyyə olunur.

Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov

Digər Dünya xəbərləri