24
Temmuz
2020
12:55
88
36
18

Qəlbimizdə əbədiyaşar insan

Qəlbimizdə əbədiyaşar insan






















Elə insanlar var ki, dünyanı hansı yaşından tərk etməsindən asılı olmayaraq qəlblərdə əbədi abidə qururlar. Adı xatirələrdə yaşayaraq qəlblərdə yuva quran insanlardan biri də haqq dünyasına vaxtından əvvəl qovuşmuş əzizimiz Elşad Həmidovdur. Elşad müəllim 1967-ci ilin iyul ayının 24-də Bakı şəhərində dünyaya neftçi ailəsində dünyaya göz açmışdır. Orta məktəbi başa vurduqdan sonra təhsilini Rusiyanın Leninqrad (Sankt Peterburq) şəhərində almış, orada bir sıra məsul vəzifələrdə çalışmışdır. Vətənə qayıtdıqdan sonra əmək fəaliyyətini yüksək məsul vəzifələrdə davam etdirmişdir. İşlədiyi müddətdə dövlətçiliyimizə həmişə sədaqətlə xidmət etmiş, bacarıqlı təşkilatçı kimi tanınımışdır. Elşad müəllim yaşasaydı 53 yaşı tamam olacaqdı. Elşad müəllim bu gün bizim aramızda olmasa da onun işıqlı xatirəsi onu tanıyanların və əzizlərinin qəlbində həmişə əbədi yaşayacaqdır.
Mən öz və kollektivimiz adından Elşad müəllimin yaxınlarına və əzizlərinə Allahdan səbr diləyirəm. Qəbri nurla dolsun.

Digər Dünya xəbərləri