22
Temmuz
2020
14:55
88
36
21

Döyüş bölgəsində olduğu kimi, kompüter qarşısında da Azərbaycan mövqeyinin müdafiəsi hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyevanın “İnstagram” hesabinda paylaşılanlara MXP-nin dəstəyi

Döyüş bölgəsində olduğu kimi, kompüter qarşısında da Azərbaycan mövqeyinin müdafiəsi hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının  I Vitse Prezidenti Mehriban xanım Əliyevanın “İnstagram”  hesabinda paylaşılanlara MXP-nin dəstəyi

















Tovuz rayonu ilə sərhəddə gedən döyüşlərə və döyüşlər zamanı şəhid olan zabit və əsgərlərimizə dəstək olaraq ölkə vətəndaşlarının sosial şəbəkələrdə müvafiq münasibət bildirmələri, əsil vətənpərvərlik nümayiş etdirmələri və baş verən məlum hadisələr ölkənin I Vitse Prezidenti Mehriban xanım Əliyevanı da narahat etmiş və bununla bağlı “İnstagram” hesabında paylaşımlar etmişdir.
Mehriban xanım paylaşmalarında Allahdan bütün şəhidlərimizə rəhmət diləmiş və yaralı əsgərlərimizin tezliklə sağalmasını arzu etmişdir. Bir ana kimi Tanrıdan hər bir Azərbaycan döyüşçüsünün həyatının və sağlamlığının qorunmasını diləmişdir.
Hadisələrə münasibət bildirərək hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı, Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə, vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə, ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissini qeyd etmiş, bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdarlığını bildirmişdir.
Bununla yanaşı yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələbinin vacibliyi, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə etdiyindən sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrildiyini, müasir informasiya platformalarının düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən "feyk"lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunduğu haqlı olaraq hər birimizin diqqətinə çatdırılmışdır.
Eyni zamanda saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalının işə düşməsi, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atıması, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələrin öz məqsədlərini güdərək "müharibədə bütün vasitələr yaxşıdır" prinsipi ilə hərəkət edilməsi kimi vacib məsələlərə toxunulmuşdur. Mehriban xanım fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür etməklə yanaşı, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək "darmadağın edilmiş" Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan bədxah qüvvələrin olmasını və xarici düşmənlərimizlə yanaşı bu cür bədxahlara qarşıda ayıq sayıq olmamızı qeyd etmişdir.
Siyasi partiya rəhbəri kimi tövsiyyə edirəm ki, Ölkənin I Vitse Prezidenti Mehriban xanımın vətənpərvər bir xanım, Azərbaycan anasının duyğu və hisslərini yaşayan bir layiqli insan kimi paylaşımlarına dəstək olaq hər birimiz sosial şəbəkələrdə nümayiş etdirdiyimiz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarət prinsipi çərçivəsində aparaq. Mehriban xanımın vurguladıgı kimi biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.
Müstəqil Xalq Partiyasının hər bir üzvü Mehriban xanımın bu çağrışına qoşulur və social şəbəkələrdəki fəaliyyətimiz və maarifləndirmə işimiz bu prinsiplər əsasında qurulur. Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!

Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri

Digər Dünya xəbərləri