05
Haziran
2020
16:28
88
36
10

Yaponiyada isti havada küçədə maskaların çıxarılması tövsiyə olunur

Yaponiyada isti havada küçədə maskaların çıxarılması tövsiyə olunurYaponiyanın Ətraf Mühit Nazirliyinin mütəxəssisləri ölkə vətəndaşlarına havaların istiləşməyə başlaması ilə əlaqədar küçədə qoruyucu maskaları çıxarmağı tövsiyə edib.

Bu barədə “atamedia.az" Yaponiyanın NHK telekanalına istinadən xəbər verir.

Belə ki, Yaponiyaya artıq yay istiləri gəlib. Gifu prefekturasında temperatur artıq 32, Fukusimada 31, Tokioda 29,7 dərəcəyə yüksəlib. Gün ərzində havanın tempraturunun yüksələcəyi gözlənilir.

Bununla əlaqədar mütəxəssislər maskada gücləndirilmiş fiziki məşqlərdən çəkinməyi, daha çox içki içməyi və küçədə insanlar arasında kifayət qədər məsafənin olması şərtilə maskanı çıxartmağı tövsiyə ediblər.

Digər Dünya xəbərləri